Şamaxı şəhərinin mərkəzi hissəsindəki “İmamlı” küçəsində yerləşir. 4 imam Zeynalabdinin övladlarından biri – Əlləma Seyid Məhəmməd Saleh əl-Müdərrisin məzarı üzərində tikilmişdir. Həyətində həmçinin, uzun müddət burada axundluq etmiş, tanınmış Seyid Mirmehdi ağa Seyidəli oğlu 1911 ildə torpağa tapşırılmışdır. Əsası 1370 ildə qoyulmuş, 1910-17 illərdə Zivər bəy Əhmədbəyovun layihəsi əsasında yenidən tikilmişdir. Ümumiyyətlə isə onun beş dəfə tikildiyi ehtimal edilir. 1991 ildə Hacı Elşən Rüstəmovun təşəbbüsü ilə yenidən bərpa edilmişdir.
Əd.: K.Abdullayev “Azərbaycanda müqəddəs ziyarətgahlar”, Bakı, “Çinar-Çap”, 2007, s. 60