(1912, Şamaxı r-nunun Hilmilli k. – 6.7.1943, Kursk, Krutoyluq k.) müharibədən əvvəl Bakıda mədən yolları idarəsində müxtəlif vəzifələrdə işləmişdir. Böyük Vətən müharibəsi başlanan kimi cəbhəyə yola düşmüşdür. O, Cənub və Qərb cəbhələrində, Stalinqrad, Voronej ətrafında döyüşlərdə iştirak etmişdir. Qvardiya kapitanının rotası 1943 ildə Kursk yaxınlığındakı Krutoyluq kəndində qəhrəmancasına vuruşmuşdur. Rota düşmənə böyük tələfat verməsinə baxmayaraq öz komandirini itirmişdir. O, müharibədəki şücaətinə görə Qırmızı Bayraq, Qızıl Ulduz ordenləri və medallarla təltif edilmişdir. İ.V.İlyasova ölümündən sonra – 1943 ilin noyabr ayının 18-də Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir.
Əd.: ASE, IV cild, Bakı, 1980, s.422