(1882, Şamaxı ş. – 1967, Bakı) – din xadimi, şeyxülislam. İbtidai təhsilini atası, tanınmış din xadimi Şeyx Əlidən almışdır. Məşhəd və Nəcəf şəhərlərində dini təhsilini davam etdirmişdir.
Zaqafqaziya şeyxülislamının xüsusi sərəncamı ilə Şamaxı şəhərinin “İmamlı” məscidinin axundu təyin edilmişdir. 1928 ildə sovet hakimiyyətinin dinlə mübarizə tədbirləri zamanı həbs edilmiş, 6 ay Bayıl həbsxanasında saxlanılmışdır. 1943 ildə Zaqafqaziya Müsəlmanlar Ruhani İdarəsi təşkil olunanda idarənin sədr müavini, 1954 ildə isə sədri seçilmişdir. İşlədiyi müddət ərzində yeni məscidlərin açılmasına, bir çox məscidlərdə azanların minarələrdən verilməsinə, mədrəsələrin tikilməsinə nail olmuşdur.
Məlumat ailəsindən alınmışdır.