Şamaxı r-nu ərazisində dağ. Dağın şimalda tərəfinin Pirsaat çayına baxan hissəsi dik qayadan ibarət olduğu üçün burada günəşin qabağı tutulduğundan və xeyli ərazi daim kölgədə qaldığından belə adlanır. Dağda eyniadlı müdafiə istehkamı və qala qalıqları var.
Əd.: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, I cild, Bakı, “Şərq-Qərb”, 2007, s.215