Warning: Undefined array key "glossary" in /home/shamak5/public_html/wp-content/themes/encyclopedia/archive.php on line 25
Simvolu
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonunda ağacəkmə aksiyasında iştirak ediblər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 6-da Azərbaycanın filosof şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə mütəfəkkirin anadan olduğu Şamaxı rayonunda keçirilən ağacəkmə aksiyasında iştirak ediblər.
Prezident İlham Əliyev zəlzələnin baş verdiyi Şamaxıda olub
Fevralın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev zəlzələnin baş verdiyi Şamaxıya gəlib.
AZƏRTAC xəbər verir ki, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov dövlətimizin başçısına fevralın 5-də və 6-da təbii fəlakətin törətdiyi fəsadlar barədə yerində məlumat verdilər.
Prezident İlham Əliyev zəlzələdən zərər çəkən tikililərə baxdı, sakinlərlə söhbət etdi.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı Safari Parkında olublar
Avqustun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı Safari Parkında olublar.
Prezident İlham Əliyev Şamaxı rayonunda Meysəri kənd tam orta məktəbinin yeni binasının açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 25-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş 132 şagird yerlik Şamaxı rayonu Meysəri kənd tam orta məktəbinin yeni binasının açılışında iştirak ediblər.
Prezident İlham Əliyev Şamaxının Dəmirçi kəndində görülən işlərlə tanış olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 2-də Şamaxı rayonunun Dəmirçi kəndində görülən işlərlə tanış olublar.
Prezident İlham Əliyev Şamaxıda Pirqulu-Dəmirçi avtomobil yolunun açılışını edib
Oktyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva əsaslı surətdə yenidən qurulan Pirqulu-Dəmirçi avtomobil yolunun açılışında iştirak ediblər.
Prezident İlham Əliyev Şamaxıda “Az-Granata” MMC-yə məxsus üzüm bağları ilə tanış olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Şamaxı rayonuna səfəri çərçivəsində “Az-Granata” MMC-yə məxsus üzüm bağları ilə tanış olub.
PİRİYEVA Firuzə Lətif qızı
(9.3.1948, Şamaxı ş.) – kənd təsərrüfatı üzrə fəlsəfə doktoru (1985). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Elmi-Tədqiqat Meşəçilik İnstitutunun elmi katibidir. Əsas tədqiqat sahəsi Azərbaycan şəraitində meşə bərpa işlərində tövsiyə olunan ağac və kollar mövzusu ilə bağlıdır. 2 kitab, 30-dək elmi məqalə, 2 metodik göstərici, 1 səmərəli təklif müəllifidir. Beynəlxalq elmi konfransların iştirakçısı olmuşdur.
Məlumat F.Piriyevadan alınmışdır.
POLADLI YAŞAYIŞ YERİ
İlk orta əsr abidəsi. Şamaxı r-nunun Poladlı kəndinin ərazisində yerləşir. Abidə 10 hektar sahəni əhatə edir. Pirsaatçay hövzəsində su mənbəyinə yaxın salınmışdır. Yaşayış yeri dərə və təpələrlə, çayın yaratdığı yarğanlarla əhatə olunmuşdur. Yaşayış yerindən təsərrüfat işləri zamanı əldə olunmuş maddi-mədəniyyət nümunələri – müxtəlif biçimli gil qablar və bir ədəd tunc tərəzi gözü dəyərli materiallardır. Tərəzi gözünün oturacaq hissəsində 6,2 sm diametrində 3 ədəd bərabər ölçülü məsamə açılmışdır. Həcmcə kiçik olması bu tərəzinin nadir və dəqiq çəki tələb edən əşyaların ağırlığını müəyyənləşdirmək üçün istifadə olunduğunu göstərir. Çox ehtimal ki, bu tərəzi zərgərlikdə və yaxud əczaçılıqda istifadadə edilmişdir. Arxeoloji materialların müqayisəli təhlili Poladlı yaşayış yerinin e.ə. 3 əsrdən başlayaraq eramızın 7 əsrinədək mövcud olduğunu söyləməyə əsas verir.
Əd.: N.Xasayev “Dağətəyi Şirvanın ilk orta əsr arxeoloji abidələri”, Bakı, “Nafta-Press”, 1998, s.25