MƏRZƏNDİYƏ
Şamaxı r-nu Mərzəndiyə kənd i.ə.d.-nin mərkəzi. Pirsaat çayının sol tərəfində, Acıdərə yaylasında yerləşir. Əhalisi 1026 nəfərdir (2009), 169 təsərrüfatı var. 19 əsr mənbələrində Bakı quberniyasının Şamaxı qəzasının Qobustan sahəsi Çuxanlı icmasına daxil olan Mərzəndigə kəndi (63 ailə, 427 nəfər) qeyd edilmişdir.