Warning: Undefined array key "glossary" in /home/shamak5/public_html/wp-content/themes/encyclopedia/archive.php on line 25
Simvolu
MUSTAFAYEV Qədim İbrahimxəlil oğlu
(1924, Şamaxı r-nunun Məlikçobanlı k. – 1992, Bakı ) – Azərbaycan filosofu, fəlsəfə elmləri doktoru, professor. Azərbaycan Dövlət Universitetini bitirmişdir. 20 əsrin əvvəllərində Azərbaycanda islam ideologiyasına dair tədqiqatın müəllifidir.
MƏMMƏDOV İlqar Qürbət oğlu
MƏMMƏDLİ Tahir Yadigar oğlu
(2.1.1957, Şamaxı ş.) – Azərbaycan seysmoloqu, geologiya-mineralogiya elmləri doktoru (2007). Azərbaycan Dövlət Universitetini bitirmişdir. Azərbaycan Respublikası Elmlər Akademiyasının “Geofizika” Elmi Mərkəzinin Təcrübi-Metodiki Ekspedisiyasının “Şamaxı” seysmik stansiyasında texnik, baş texnik, baş mühəndis vəzifələrində çalışmışdır.
MİKAYILOVA Əzizə Nurqələm qızı
MƏDRƏSƏ ÜZÜMÜ
MƏLİKOV Telman Qulu oğlu
(5.1.1950, Bakı) – Azərbaycan riyaziyyatçısı, fizika-riyaziyyat elmləri doktoru (2005), professor (1992). Bakı Dövlət Universitetini bitirmişdir. 1976-77 illərdə Gəncə Dövlət Universitetində, 1977-2013 illərdə Azərbaycan Texnologiya Universitetində çalışmışdır. 1990-2005 illərdə ali riyaziyyat kafedrasının müdiri, 2000-13 illərdə universitetin rektoru olmuşdur. Hal-hazırda AMEA-nın Riyaziyyat və Mexanika İnstitunda işləyir.
MAHMUD ŞİRVANİ
Mahmud ibn İlyas (? – ?) – alim, təbib. 13 əsrdə yaşamış Mahmud ibn İlyasın “Elmi təbabət kitabı” zəmanəmizə qədər gəlib çatmış və 18 əsrə qədər ondan geniş istifadə edilmişdir. Əsərin 1260 ildə yazıldığı məlumdur.
MƏLİKOV Fərhad Faiq oğlu
MAHMUD AĞA Əhməd ağa oğlu
1826, Şamaxı ş. – 1902, Şamaxı ş.) – mesenat, incəsənət humayəçisi. Şamaxı şəhərinin abadlaşdırılmasında onun müstəsna xidmətləri olmuşdur. 19 əsrin II yarısında Şamaxıya qonaq gələn bir çox səyyahlar Mahmud ağanın qonağı olmuşlar. Fransız yazıçısı Aleksandr Dümanın, rus rəssamı Qaqarinin və b. bu haqda məlumatları maraq doğurur.