MONQOL İSTİLALARI
13 əsrdə monqol feodallarının xalqları tabe və qarət etmək məqsədi ilə Mərkəzi Asiyadan Şərq və Avropa olkələrinə işğalçılıq yürüşlәri. 1220 ildə Cəbə və Subede (Subutay) İrana və Azərbaycana soxuldular.
13 əsrdə monqol feodallarının xalqları tabe və qarət etmək məqsədi ilə Mərkəzi Asiyadan Şərq və Avropa olkələrinə işğalçılıq yürüşlәri. 1220 ildə Cəbə və Subede (Subutay) İrana və Azərbaycana soxuldular.
Rusiyada dini təriqətlərdən biri. 18 əsrin sonunda Tambov quberniyasında tәşәkkül tapmış, sonralar ölkənin bir sıra rayonlarında yayılmışdır. Təriqətin banisi Semyon Uklein һesab olunur. Molokanlar öz dinlərini “süd kimi pak sözlər” (“çistoe moloko slovesnoe”) adlandırırlar. Təriqətin adı da buradan götürülmüşdür.
Dünyanın bir çox ölkəsində yayılmış qədim sәnәt növü. Misgərlik müәyyәn ictimai-iqtisadi əlaqələr, xalqın tәsәrrüfat һәyatı, onun vәziyyәti və məişət xüsusiyyətilə əlaqədar yaranmışdır. 20 əsrin 50-60-cı illərində Kiçik Asiyanın cənub-qərbində arxeoloji qazıntılar zamanı e.ə. 6-5 minilliklərə aid mis əridilməsinin izləri aşkar edilmişdir. Mis və onun əridilməsi maddi mədəniyyәtin inkişafında böyük rol oynamışdır.
Şamaxı r-nunda göl. Güman etmək olar ki, hidronim Meylikliçala sözünün təhrif olunmuş variantıdır. Azərbaycan dilinin dialektlərində meylik/möylük “tənəklik, üzümlük” deməkdir. Yəqin ki, göl tənəkliyin yaxınlığında olduğu üçün belə adlandırılmışdır.
Şamaxı r-nu ərazisində çay. Çay eyniadlı yaşayış məntəqəsinin adını daşıyır.
Əd.: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, II cild, “Şərq-Qərb”, Bakı, 2007 s. 123
(16.10.1926, Türkmənistan Respublikası, Cərco ş. – 10.4.2008, Bakı) – Azərbaycan bəstəkarı, Azərbaycanın əməkdar incəsənət xadimi (1973), Azərbaycan Respublikasının xalq artisti (1987), professor (2001). Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. Azərbaycan Bəstəkarlar İttifaqının katibi (1968-73) olmuşdur.
(12.11.1921, Türkmənistan Respublikası, Cərco ş. – 18.5.1994, Bakı) – Azərbaycan boyakarı, Azərbaycan xalq rəssamı. Azərbaycan Dövlət Rəssamlıq Texnikumunu bitirmişdir. Tematik tablolar və portretlər yaratmışdır (“Leyli və Məcnun məktəbdə”, 1941, “Şairə Məhsətinin portreti”, 1947, “Professor Ü.Musabəyovanın portreti”, 1957, “Paris. Rəssamlar meydanı”, 1961).
(31.8.1969, Bakı) – tarixçi, tarix üzrə fəlsəfə doktoru (1997). Azərbaycan Dövlət Univeristetini bitirmişdir. 1990 ildən Azərbaycan Dövlət Pedaqoji Universitetində çalışır. 2008 ildən ümumi tarix kafedrasının dosentidir. Əsas tədqiqatı qız qalalarının tarixi ilə bağlıdır. 69 elmi əsərin müəllifidir.
Məlumat A.Mehdiyevadan alınmışdır.