Warning: Undefined array key "glossary" in /home/shamak5/public_html/wp-content/themes/encyclopedia/archive.php on line 25
Simvolu
MUNCUQLU ZƏMİ
Şamaxı r-nun Dədəgünəş kəndi yaxınlığında arxeoloji abidə. E.ə. II – eramızın 2-3 əsrlərinə aid küp qəbirlər qəbiristanı aşkar edilmişdir.
MÖHRƏTƏPƏ
Azərbaycan Respublikasının Şamaxı şəhərindən 15 km cənubda erkən orta əsrlərə aid yaşayış yeri. Möhrətəpədə çiy kərpicdən dairəvi formada tikilmiş bürcün qalığı dövrümüzədək qalmışdır.
MƏHƏMMƏDSƏİD XAN
(? – 1786, Salyan) – Şamaxı xanı [1747-68; 1774]. Xançobanı tayfasından idi. 18 əsrin ortalarında Məhəmmədsəid xan qardaşı Ağası xanla birlikdə Nadir şahın dağıtdığı Şamaxını abadlaşdırmış və özlərini xan elan etmişdilər. 1763 ildə Yeni Şamaxını (Ağsu) tutaraq Şamaxı xanlığına birləşdirmişdi.
MUSTAFA XAN
(? – 1844, Şamaxı) – Şamaxı xanı [1791/92-1820], Ağa Məhəmməd şah Qacarın Azərbaycana yürüşü (1795) zamanı İran qoşunlarına müqavimət göstərmişdi. 1796 ildə Azərbaycandakı rus qoşunlarının komandanı general V.Zubovla aralarında ixtilaf baş verdiyinə görə hakimiyyətdən salınıb əmisi oğlu Qasım bəylə əvəz olunmuşdu.