Warning: Undefined array key "glossary" in /home/shamak5/public_html/wp-content/themes/encyclopedia/archive.php on line 25
Simvolu
KEYQUBAD I
(? – ?) – Şiravanşah [1317/18 – 1347/48], II Fərruxzadın oğlu, Kəsranilər sülaləsindən idi. Zambaur və Bartold Keyqubad ibn Fərruxzadın hakimiyyətə başladığı tarixi 1317/18 il göstərirlər.
KEYKAVUS I
(? – ?) – Şirvanşah [1294 – 1317/18], III Axsitanın oğlu, Kəsranilər sülaləsindən idi. Lakin onun hakimiyyətinin nə vaxt başlanılıb, nə vaxt qurtardığı hələlik dəqiq məlum deyil. Hakimiyyətinin sonu təxmini olaraq 1317/18 il hesab edilir.
KİÇİK SİYƏKİ
Şamaxı r-nu ərazisində dağ. Siyəki Cəngi çayının dərəsindən şm.- da iki zirvənin adıdır: Böyük Siyəki (792 m.), Kiçik Siyəki (787 m.). Tat dilindəki siyə (qara) və kü (dağ) sözlərindən düzəlib, “qara dağ” mənasındadır.
KƏLƏXANA
Şamaxı r-nununda çay. Kələxana kəndinin ərazisindən axır. Çay eyniadlı kəndin adını daşıyır.
Əd.: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, I cild, Bakı, “Şərq-Qərb”, 2007, s.273
KƏLƏMƏDDİN
Şamaxı r-nu ərazisində dağ və palçıq vulkanı. İncəbel dağının cənub-qərb davamıdır. Qalaməddin, Malaməddin variantlarında da qeydə alınmışdır.
KƏKİLNOHUR
Şamaxı r-nu ərazisində göl. Qızmeydan kəndindən şimalında yerləşir. Şirinsulu, axarlı kiçik göldür. Keçmişdə ətraf maldar ellərin yaylaq yeri olmuşdur. Nohurun ortasında kəkilə oxşar qamış topası olduğuna görə belə adlandırılmışdır.
KƏND YERİ
Şamaxı ş. şimalda, Pirdirəki dağının şərq ətəyində 11-13 əsrə aid yaşayış yeri. 1966-68 illərdə F.İbrahimovun iştirakı ilə aparılan arxeoloji tədqiqat işləri zamanı aşkar edilmişdir.
KÜP QƏBİRLƏR
Tarixi Azərbaycan ərazisinin şimalında geniş yayılmış qəbir tiplərindən olub, Mil-Qarabağ, Şirvan düzlərində və dağətəyi bölgələrdə, Kür çayı sahillərində qeydə alınmışdır. Küplərdə dəfnetmə adəti e.ə. I minilliyin ikinci yarısında başlanmış. eramızın 8 əsrinə qədər davam etmişdir.