Warning: Undefined array key "glossary" in /home/shamak5/public_html/wp-content/themes/encyclopedia/archive.php on line 25
Simvolu
BABAYEV Qismət Qarabala oğlu
(20.4.1955, Şamaxı r-nunun Ərəbşalbaş k. – 25.8.1992, Bakı) – jurnalist, yazıçı, publisist, ssenarist, kinoşünas. Azərbaycan Dövlət Universitetini bitirmişdir. C.Cabbarlı adına Azərbaycanfilm kinostudiyasının dublyaj şöbəsində redaktor kimi çalışmış, Azərbaycan Dövlət Televiziyasının “Çay dəstgahı”, radionun “Bulaq” verilişində fəaliyyət göstərmişdir. “Torpaq”, “El bir olsa”, “Tarazlıq” sənədli filmlərinin ssenari müəllifidir. “Alın yazısı”, “Ağ dəvə düzdə qaldı”, “Kişilər getdi gəlmədi”, “Bu səs” adlı kitabları çap edilmişdir.
Məlumat Q.Babayevin ailəsində alınmışdır..
BABAYEV Mayis Sərkər oğlu
(18.7.1961, Şamaxı r-nunun Təklə k.) – yer elmləri üzrə fəlsəfə doktoru (1998), dosent (1999). Azərbaycan Neft və Kimya İnstitutunu bitirmişdir. Neft və qaz yataqlarının axtarışı və kəşfiyyatı kafedrasında assistent və dosent, geoloji-kəşfiyyat fakültəsində dekan müavini işləmişdir. 2011-15 illərdə geoloji-kəşfiyyat fakültəsinin dekanı olmuşdur. 50-dən çox elmi əsərin, dərslik, dərs vəsaiti və metodiki göstərişin müəllifidir.
Məlumat M.Babayevdən alınmışdır.
BAYRAMOVA Səkinə Adil qızı
(15.7.1967, Şamaxı r-nunun Göylər k.) – filologiya üzrə fəlsəfə doktoru (2009). Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirmişdir. Hazırda ADPU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının əməkdaşı və Bakı şəhərindəki 73 saylı orta məktəbin müəllimidir. 1 monoqrafiyanın, bir sıra elmi və publisistik məqalənin müəllifidir.
Məlumat S.Bayramovadan alınmışdır.
BƏYİN OĞURLANMASI
1985 ildə çəkilmiş Azərbaycan bədii filmi. Filmin əsasını paralel inkişaf edən iki hadisə təşkil edir. Birinci süjet kəndə toy səhnəsini lentə almağa gələn kino işçilərinin fəaliyyətindən danışır. Çəkiliş zamanı rejissor (Həsənağa Turabov) görür ki, ssenari və çəkilən material real həyatdan çox uzaqdır.
BİTLİ NƏNƏ DAĞI
Ləngəbiz silsiləsinin Şirvan düzünə baxarında Ovçulu kəndi ərazisində yerləşir. Bitli nənə toponimindəki bitli ifadəsi haqqında Ovçulu kənd əhalisi arasında belə bit xalq rəvayəti də mövcuddur. Rəvayətə görə iki Qoşa zirvə olan Ağdaş dağı ilə Göydaş dagı arasında yerləşən Bitli nənə dağı iki qardaşa məxsus olmuşdur.
BÜLÖVDAŞ YAMACI
Dədəgünəş kəndinin torpaq sahəsində, Ruslar çayının sağ tərəfindədir. Dəmir alətləri itiləməkdə məişətdə işlədilən bülöv daşı geniş yayılmışdır. Buna görə də ərazini təşkil edən süxurlarla bağlı olaraq coğrafi obyekt bülöv daş adlandırılmışdır.
Əd.: “N.Bəndəliyev “Dağlıq Şirvanın toponimləri”, Bakı “Elm”, 2009, s.186
BƏHLULZADƏ Səttar Bəhlul oğlu
(15.12.1909, Bakı yaxınlığındakı Əmircan k.- 14.10.1974, Moskva; Əmircanda dəfn edilmişdir) – Azərb. rəssamı, müasir Azərb. boyakarlıq sənətində mənzərə janrının yaradıcılarından biri. Azərb. SSR xalq rəssamı (1963). Azərb. SSR Dövlət mükafatı laureatı (1972). Azərb. Rəssamlıq Məktəbində (1927-31) və V.İ. Surikov ad. Moskva Dövlət Rəssamlıq İnstitutunda (1933-1940) təhsil almışdır.
BƏYDƏMİRLİ Rəşad Qardaşxan oğlu
(22.2.1953, Şamaxı r-nunun Ərəbşalbaş k.) – şair. Ötən əsrin səksəninci illərində Azərbaycan ədəbiyyatına gələn istedadlı və bənzərsiz qələm sahibidir. Moskvada Maksim Qorki adına Dünya Ədəbiyatı İnstitunun poeziya fakültəsini bitirmişdir. “Azərnəşr”də redaktor vəzifəsində çalışmışdır. “Yağış ətri” (1983), “Lalə işığı” (1982), “Mənim yuxularım bəyaz dənizdir”(1999), “Ərəb oğlu” (1999), “Синий полет” (2000), “Ruhuma yağan yağış”(2009) adlı şeirlər kitablarının müəllifidir. Əsərləri bir sıra dillərə tərcümə olunmuş, müxtəlif dərgilərdə nəşr edilmişdir.
BƏNDƏLİYEV Nurəddin Səməndər oğlu
(1936, Şamaxı r-nunun Dağ Kolanı k.) – coğrafiyaçı, coğrafiya elmləri namizədi (1991). Şamaxı Tibb Məktəbini və Bakı Dövlət Universitetinin coğrafiya fakültəsini bitirmişdir. Şamaxı rayonu Poladlı kənd tam orta məktəbində coğrafıya-biologiya fənnlərinin tədrisi ilə məşğuldur. AMİ-nin Şamaxı filialında mühazirələr oxuyur (2000 ildən). Əsərlərində əsasən Dağlıq Şirvan bölgəsində coğrafi adların məzmununu və elmi mənasını öyrənmişdir. Birinci dəfə olaraq Azərbaycanda landşaftların toponomik üsulla öyrənilməsi onun tərəfındən aparılmışdır. Bir sıra elmi və elmi-kütləvi əsərlərin müəllifıdir.
Əd.: Azərbaycanın coğrafiyaçı alimləri. Bakı, “Elm”, 2013, s.103