ƏLİ HEYDƏR ŞAHİN
(1840, Şamaxı – 1894, Şamaxı) – şair. Azərbaycan və fars dillərində şeirlər yazmışdır. S.Ə.Şirvani, Didə, Rağib, Qafil və başqaları ilə dostluq etmişdir. Əsərlərinin az hissəsi dövrümüzə gəlib çatmışdır.
(1840, Şamaxı – 1894, Şamaxı) – şair. Azərbaycan və fars dillərində şeirlər yazmışdır. S.Ə.Şirvani, Didə, Rağib, Qafil və başqaları ilə dostluq etmişdir. Əsərlərinin az hissəsi dövrümüzə gəlib çatmışdır.
Əli Əkbər Məşədi Rəcəb oğlu (?, Şamaxı ş. – ?) – şair. Əsasən şirniyyat məhsulları bişirməklə ailəsini saxlamışdır. Şeirlərini də “Qənnadi” təxəllüsü ilə yazmış, “Beyt üs-səfa” ədəbi məclisinin üzvü olmuşdur.
Əli Əkbər Namaz oğlu (1828, Şamaxı ş. – 1891, Şamaxı ş.) – şair. Mükəmməl mədrəsə təhsili almış, fars dilini öyrənmişdir. “Beytüs-səfa” ədəbi məclisinin üzvü idi.
(1970, Şamaxı r-nunun Şəhriyar q. – 23.12.1993) – Qarabağ müharibəsi şəhidi.
(20.8.1949 Şamaxı r-nunun Çaylı k. – 10.5.2004, Bakı) – solist-vokalist. Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. Təhsil illərində Azərbaycan Dövlət Filarmoniyasının xor kopellasında vokalist kimi fəaliyyət gostərmişdir.
(? – 1186, Şamaxı ş.) – 12 əsr ictimai xadimi və ordu başçısı. III Mənuçöhr öldükdən sonra, onun oğullarından I Axsitanın hakimiyyət başına gəlməsi üçün hamıdan artıq çalışmışdır. Öz dövrünün ən güclü və sözükeçən bahadırlarından idi. Şirvanın şimal sərhədlərində gedən vuruşmalarda həlak olmuşdur.
(2.10.1979, Ağsu r-nun Çaparlı k.) – tarixçi, tarix üzrə fəlsəfə doktoru (2008). Bakı Dövlət Universitetini bitirmişdir. Azərbaycan MEA Arxeologiya və Etnoqrafiya İnstitutunun tarixi etnoqrafiya şöbəsində çalışır (2002). Hazırda həmin institutun böyük elmi işçisidir. 1 monoqrafiyası, bir sıra məqalə və tezisləri nəşr olunmuşdur.
Əli ibn Məhəmməd ibn Əbdül (? – ?) – heykəltəraş. 12-13 əsrlərdə yaşamışdır. Düzəltdiyi heyvan fiqurları dünyanın bir çox muzelərini bəzəmişdir. Tuncdan düzəltdiyi “balasını əmizdirən inək” formasındakı su qabını 1206 ildə tamamlamışdır. Fiqur Sankt-Peterburq şəhərindəki “Ermitaj” muzeyində saxlanır.
(29.3.1943, Bakı) – Azərbaycan filosofu, fəlsəfə elmləri doktoru (1988), professor (1989). Azərbaycan Dövlət Universitetinin fizika, P.Lumumba adına Xalqlar Dostluğu Universitetinin (Moskva) tibb fakültəsini bitirmişdir. Azərbaycan EA Fizika İnstitutunda, Fəlsəfə və Hüquq İnstitutunda müvafiq olaraq laborant, kiçik elmi işçi və baş elmiş işçi vəzifələrində çalışmışdır.