Oftolmoloq, tibb elmləri namizədi (2005). Azərbaycan Dövlət Tibb Universtetini və Moskva şəhərində S.N.Fyodorov adına Göz Mikrocərrahiyəsi İnstitutunun klinik ordinaturasını bitirib. 2001-2005-ci illərdə həmin institutun aspiranturasında təhsil alıb. 2006-cı ildən S.N.Fyodorov adına Göz mikrocərrahiyə institutunda həkim-oftalmoloq, 2008-ci ildən rekonstruktiv plastik cərrahiyyə şöbəsinin şöbə müdiri vəzifəsində çalışır. Çoxsaylı beynəlxalq elmi-praktiki konfransların iştirakçısıdır.