(23.8.1953, Şamaxı r-nunun Göylər k.) – Azərbaycan neyrocərrahı, tibb elmləri doktoru (2012), Azərbaycan Respublikasının əməkdar həkimi (2010). Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir. Kiyev şəhərində Elmi-Tədqiqat Neyrocərrahlıq İnstitutunda, Leninqrad şəhərində Elmi-Tədqiqat Neyrocərrahlıq İnstitutunda epilepsiyanın cərrahi müalicəsi üzrə ixtisaslaşma keçmişdir. Əli-Bayramlı şəhər xəstəxanasında həkim-nevropatoloq (1979-85), Neyrocərrahlıq Mərkəzində həkim-neyrocərrah vəzifəsində calışmışdır (1985-91). 1991ildən Azərbaycan Tibb Universitetinin neyrocərrahlıq kafedrasında çalışır. 2001 ildən həmin kafedranın müdiridir. 130-dan artıq elmi məqalə və tezisin müəllifidir.
Məlumat S. Etibarlıdan alınmışdır.