Şamaxı r-nu Dədəgünəş kənd i.ə.d.-nin mərkəzi. Rayon mərkəzindən 12 km şimal-qərbdə, Şamaxı – Dəmirçi şose yolundan 6 km, Ağsu çayının sol sahilindan 3 km aralı, dağ ətəyindədir. Әhalisi 198 (2009) nəfərdir, 52 təsərrüfatı var. Doqquzillik məktəb, kitabxana, klub, kinoqurğu, tibb məntəq əsi, doğum evi var. Kənd adını oradakı Dədəgünəş pirinin adından almışdır.
Əd.: ”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, 1 cild, Bakı, “Şərq-Qərb”, 2007, s. 155-156
N.Bəndəliyev “Dağlıq Şirvanın toponimləri”, Bakı, “Elm”, s.119