(23.3.1954, Bakı) – Azərbaycan tarixçisi, arxeoloq. Tarix üzrə fəlsəfə doktorudur (2007). Azərbaycan Dövlət Pedoqoji Universitetinin tarix fakültəsini bitirmişdir. Azərbaycan MEA Arxeologiya və Etnoqrafiya İnstitutunda çalışır. “Şamaxı” tarixi-etnoqrafik tədqiqatının və 40-a yaxın elmi məqalənin müəllifidir. Əsas əsərləri ilk dəfə olaraq qədim və zəngin tarixə və etnoqrafik ənənələrə malik olan Şamaxı şəhərinin kompleks tədqiqinə həsr olunmuşdur.
Məlumat N. Ciddidən alınmışdır.