![Akif_Quliyev](http://shamakhi-encyclopedia.az/wp-content/uploads/2015/04/Akif_Quliyev-300x300.jpg)
(15.8.1970, Bakı) – tarixçi, arxeoloq. Tarix elmləri üzrə fəlsəfə doktorudur. (2006). Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirmişdir. 1998 ildən Azərbaycan MEA Arxeologiya və Etnoqrafiya İnstitutunda çalışır. Numizmatika şöbəsinin müdiridir (2009 ildən). Şamaxı-Xınıslı arxeoloji ekspedisiyasının rəhbəri təyin edilmiş, Xınıslı, (Şamaxı), Nərgizava (Ağsu) abidələrində arxeoloji qazıntılar aparmış, Şamaxı (Gülüstan qalası, Buğurt qalası, Qurd- təpə yaşayış yeri, Pirsaat kurqanları, Çuxuryurd kurqanları, Əngəxaran yaşayış yeri), İsmayıllı (Hacıhətəmli nekropolu, Çərmədil nekropolu) və Ağsu (Nərgizava nekropolu, Dilman nekropolu) rayonları ərazisində arxeoloji tədqiqatlara rəhbərlik etmişdir.
Ətraflı oxu