QAZANDAĞ
Şamaxı r-nu ərazisində dağ. Tədqiqatçıların fıkrincə, xarici görünüşünə, kənardan qazana oxşadığına görə dağa belə ad verilmişdir.
Şamaxı r-nu ərazisində dağ. Tədqiqatçıların fıkrincə, xarici görünüşünə, kənardan qazana oxşadığına görə dağa belə ad verilmişdir.
Qazbek, Sultan Məhəmməd Qazi (? – 1501/02) – Şirvanşah [1501/02]. Fərrux Yasarın oğlu. Dərbəndilər sülaləsindən idi. Atasının sağlığında Bakı və Mahmudabad şəhərlərinin, Güştasfi və Salyan vilayətlərinin hakimi təyin edilmişdi. Qardaşı Bəhram bəyin ölümündən sonra hakimiyyətə keçmiş və cəmisi altı ay hakimiyyətdə olmuşdu. Şah İsmayılın Bakıya hücumu zamanı (1501) Şirvanın dağ qalalarını müdafiəyə hazırlamışdı.
(1.5.1975, Şamaxı r-nunun Çarhan k. – 14.8.1993, Füzuli r-nununda həlak olmuşdur). Qarabağ müharibəsi şəhidi.
(18.3.1909, Şamaxı ş. – 25.12.1990, Bakı) – professor, Azərbaycanın əməkdar elm xadimi. 1937 ildən Azərbaycan Dövlət Pedaqoji İnstitutunun biologiya fakültəsində, 1938-49 illərdə SSRİ EA Azərbaycan filialının nəbatat bağında işləmiş, 1943-49 illərdə müdiri olmuşdur. 1946 ildən APİ-nin botanika kafedrasının dosenti və professoru, 1950-84 illərdə kafedra mudiri, 1951-54 illərdə APİ-nin rektoru, 1954-62 illərdə isə tədris işləri üzrə prorektoru vəzifəsində çalışmışdır.
(16.12.1946, Şamaxı ş. – 19.12.2019, Moskva ş.) – idman xadimi, Azərbaycan Respublikasının fəxri bədən tərbiyəsi və idman işçisi. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunu bitirib. 1969 ildən müəllimlik fəaliyyətinə başlamış, 1976-2014 illərdə Şamaxı rayon Təhsil Şöbəsində metodist işləyib. Sərbəst güləş üzrə SSRİ birinciliklərinin, respublika, cəmiyyətlər arasında yarışların qalibi və mükafatçısı olub. Şamaxı Olimpiya Mərkəzində məşqçi işləyib.
(14.6.1983, Şamaxı) – folklorşünas, filologiya üzrə fəlsəfə doktoru (2010), dosent. Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirmişdir. Azərbaycan Universitetində çalışır, prezident təqaüdçüsüdür. Əsas tədqiqat mövzusu 19 əsrin sonu, 20 əsrin birinci yarısında Şirvan xalq poeziyasının inkişaf təmayülləri ilə əlaqədardır. 6 kitabın, 20-dən artıq elmi məqalənin müəllifidir.
(28.3.1952, Şamaxı r-nunun Dağ-Kolanı k.) – ədəbiyyatçı, folklorşünas, filologiya elmləri doktoru (2000), professor. Azərbaycan Dövlət Pedaqoji İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. Şamaxı r-nunun Göylər kənd məktəbində müəllim, Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialında kafedra müdiri, direktor müavini vəzifələrində işləmişdir.
(20.8.1923, Şamaxı ş. – 2010, Moskva) – İkinci Dünya müharibəsinin qəhrəmanı, filologiya elmləri namizədi (1965). 1940 ildə Moskva Dövlət Teatr Sənəti İnstitutuna daxil olmuşdur. Müharibənin ilk günlərində könüllü cəbhəyə getmiş, Şimal-Qərb cəbhəsində vuruşan 3-cü Moskva kommunist diviziyasında snayper olmuşdur.
(aprel, 1866, Şamaxı ş,- 1937) – Azərbaycan maarif xadimi, yazıçı. İlk təhsilini S. Ә. Şirvaninin “Məclis” məktəbində və Şamaxı şəhər məktəbində almışdır. 1883 ildə Tiflisdə Aleksandrovski Müəllimlər İnstitutuna daxil olmuş, burada oxuduğu illərdə gürcü sosial-demokrat dərnəkləri ilə əlaqə saxlamışdır. 1887 ildə institutu bitirib, Bakıya gəlmiş, H. Mahmudbəyovla birlikdə yeni tipli ilk rus-müsəlman (Azərbaycan) məktəbi açmışdır. 1905 ildə Qori seminariyası müsəlman (Azərbaycan) şöbəsinin müfəttişi, 1908 ildə Bakı quberniyası və Dağıstan vilayəti xalq məktəblərinin 2-ci rayonu üzrə müfəttiş, 1917 ildə isə vilayət xalq məktəblərinin direktoru təyin olunmuşdur.