QARAYEV Mehman Zöhrab oğlu
(2.3.1973, Şamaxı r-nunun Məlikçobanlı k. – 10.8.1992, Tərtər r-nununda həlak olmuşdur) – Qarabağ müharibəsi şəhidi. Əsas: 11.9.1992 il tarixli 638 saylı arayış.
(2.3.1973, Şamaxı r-nunun Məlikçobanlı k. – 10.8.1992, Tərtər r-nununda həlak olmuşdur) – Qarabağ müharibəsi şəhidi. Əsas: 11.9.1992 il tarixli 638 saylı arayış.
Şamaxı r-nu ərazisində dağ. Keçmişdə dağda kəsici metal alətləri itiləmək üçün istifadə edilən qart (xart), yaxud bülöv daşı çıxarılırdı. Dağın adı görünür, həmin süxurun adı ilə əlaqədar yaranmışdır.
Qasım xan Məhəmmədsəid xan oğlu Xançobanlı (1763, Şamaxı – 1828, İran) 7-ci Şirvan xanı [1789-92; 1795-96]. Məhəmmədsəid xanın 5-ci оğlu Qasım xan da ömrünün bir hissəsini qardaşı Əsgər xan və əmisi оğlu Mustafa xanla qaçqınlıqda keçirmiş və 1786-89 illərdə xanlıq kürsüsündə böyük qardaşı Əsgər xanı əvəz etmişdir. 1792 ilin əvvəllərindən etibarən Şirvan əyanlarının ona incikliyi başladı. O təbəələr arasında fərq qoymur, şirvanlılara arxalanmaq yerinə Məhəmməd Şamxalın oğlu Şahbaz bəyi bir dəstə ləzgi ilə gətirdərək onlardan məsləhət alırdı.
(14.8.1957, Şamaxı r-nunun Nabur k.) – Azərbaycan müğənnisi, xanəndə, Azərbaycan Respublikasının xalq artisti (1993), professor (2010), Azərbaycan Dövlət mükafatı laureatı (2010). A.Zeynallı adına Bakı Musiqi Məktəbini və Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir. Avropa, Amerika və Asiyada konsertlərlə çıxış edərək, Azərbaycan muğam sənətini tanıtmışdır. Səmərqənddə beynəlxalq festivalın birinci mükafatını qazanmış, YUNESKO-nun ABŞ-da keçirdiyi beynəlxalq festivalda birinci yeri tutmuşdur.
(11.7.1939, Şamaxı r-nunun, Nәrimankәnd k. – 6.9.2008, Bakı) – Azərbaycan riyaziyyatçısı. Fizika-riyaziyyat elmləri doktoru (1967), prof.(1969), Azәrb.SSR EA m. üzvü (1980). Moskva Dövlәt Universitetini bitirmişdir (1961). BDU-nun tәtbiqi riyaziyyat kafedrasının müdiri olmuşdur. Tәdqiqatları funksional analiz vә onun tәtbiqlәri, riyazi fizika vә diferensial tənliklar sahәsindәdir.
(14.9.1960, Şamaxı ş.) -idmançı, Azərbaycan Respublikasının fəxri bədən tərbiyəsi və idman işçisi, SSRİ idman ustası. Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirmişdir. Dəfələrlə respublika yarışlarının qalibi və mükafatçısı olmuşdur. Hazırda Şamaxı rayon Təhsil Şöbəsinin bədən tərbiyəsi və hərbi hazırlıq üzrə metodistidir.
(16.1.1964, Şamaxı ş.) – Tarix üzrə fəlsəfə doktoru (1999). Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir (1987). Bakı Dövlət Universiteti tarix fakültəsinin Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının dosentidir. 60 elmi məqalənin, o cümlədən 1 monoqrafiyanın, 1 dərs vəsaitinin, 2 metodik vəsaitin, 10 proqramın müəllifidir.
Şamaxı r-nu ərazisində dağ. Yerli əhalinin dilində bülöv daşına qavaram deyilir. Ad dağın süxurlarının bülöv daşından ibarət olduğunu bildirir.
Şamaxı r-nu ərazisində, Pirsaat çayının sol qolları olan Bala dərə, Gendərə çaylarının başlandığı sahədir.Qaya Xəlil yaylağının zirvələri Böyük Qafqazın suayrıcını təşkil edir. Tarixən buradan yay otlağı kimi istifadə etmiş Şirvanda yaşayan Xəlilli tayfasının və ya Xəlil adli şəxsin adı ilə əlaqədar adlanmışdır ki, həm də qaya sözündə ərazinin relyef xüsusiyyəti öz əksini tapmışdır.
Şamaxı r-nu ərazisində dağ. R-nun şimal hissəsində yerləşir. Hün. 865 m. Bu ad orada mövcud olmuş Qayıblar pirinin adı ilə əlaqədardır. Pirin adı isə “qeyb olanlar, yox olanlar” mənasında olub, müxtəlif əfsanə və rəvayətlə bağlıdır.