ABDULLAYEVA Səadət Abutalıb qızı
(18.1.1940, Bakı) – Azərbaycan musiqişünas-alimi, sənətşünaslıq doktoru (2005), professor (2004). Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. Tədqiqatları əsasən milli çalğı alətlərimizin inkişaf tarixinin öyrənilməsi, quruluş, səslənmə və istifadə xüsusiyyətlərinin araşdırılması, onların türk məkanında oxşar alətlərlə müqayisəsi və eləcə də gələcək inkişaf yolları ilə əlaqədardır.





(15.12.1906, Şamaxı – 15.8.1981, Bakı) – Azərbaycan paleontoloqu, geologiya-mineralogiya e.d., prof. (1964). 1949-57 illərdə Türkmənistan SSR EA (1951 ilədək SSRİ EA filialı) Geologiya İnstitutunun paleontologiya laboratoriyasının rəhbəri olmuşdur. 