İSMAYILOV Müqabil Canbala oğlu
(25.4.1974, Şamaxı r-nunun Qaravəlli k.- ?.9.1992, Qubadlı r-nununda itkin düşmüşdür). Döyüş şəraitində itkin düşmüş və Şamaxı rayon Məhkəməsinin Qətnaməsinə əsasən şəhid hesab edilmişdir.
İSMİYEV Şahbala Cahangir oğlu
(1877, Şamaxı r-nunun Nərimankənd k. – 16.4.1974, orada) – Sosialist Əməyi Qəhrəmanı (1948). Azərbaycanda sovet hakimiyyəti qurulana qədər Dərəkənd k.-də əkinçilik və heyvandarlıqla məşğul olmuş, sonra isə Telman adına kolxozda çoban, manqabaşçısı işləmişdir (1935-68). 1947 ildə taxılçılıq sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur.
KAÇAYEV Samir Ziyəddin oğlu
KAVEROÇKİN Mixail Pavloviç
KAZIMOV Mətləb Fərman oğlu
KƏRİMOV Musa Əsəd oğlu
(12.1.1906, Şamaxı r-nunun Göylər k,-14.9.1965, orada)-Sosialist Әməyi Qəhrəmanı (1948). Böyük Vətən müharibəsinin iştirakçısı olmuşdur. 1933-65 illərdə Şamaxı rayonunda sovxozda fəhlə işləmişdir. 1947 ildə taxılçılıq sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur.
KİBAROV Xalid Nüsrəddin oğlu
(13.5.1974, Özbəkistan Respublikası Səmərqənd ş. (Şamaxı r-nu Mədrəsə qəs. orduya çağırılmışdır) – 28.3.1993, Murovdağda itkin düşmüşdür).