MEYLİQULUÇALA
Şamaxı r-nunda göl. Güman etmək olar ki, hidronim Meylikliçala sözünün təhrif olunmuş variantıdır. Azərbaycan dilinin dialektlərində meylik/möylük “tənəklik, üzümlük” deməkdir. Yəqin ki, göl tənəkliyin yaxınlığında olduğu üçün belə adlandırılmışdır.