XALTAN
Quba və Şamaxı r-nları arasında dağ aşırımı. Ərazidəki eyniadlı bulağın adı ilə adlandırılmışdır.
Quba və Şamaxı r-nları arasında dağ aşırımı. Ərazidəki eyniadlı bulağın adı ilə adlandırılmışdır.
Şamaxı r-nu ərazisində dağ. Ad xaşa (r-nunun ərazisində əkilən yem bitkisi) və xut (topa, qalaq, təpə) komponentlərindən düzəlib, “xaşa təpəsi” mənasındadır. Dağın yamacında bu bitki becərildiyi üçün belə adlandırılmışdır.
Şamaxı r-nu ərazisində dağ. Dağ vaxtilə xələc tayfasına mənsub yaylaq yeri olduğu üçün belə adlandırılmışdır. Xalac variantında da qeydə alınmışdır.
Şamaxı r-nu ərazisində çay. Çay adını ətraf ərazidən almışdır. Yasamal “yastana, dağ döşündə az meyilli düz sahə” mənasındadır.
Əd.: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, II cild, Bakı, “Şərq-Qərb”, 2007, s. 272
Şamaxı r-nunun c.-ş. hissəsində dağ. Hün. 827 m. Azərbaycan dilində yavan sözü “quru”, “boş”, türk dillərində yabani “yad” mənasında işlənir. Güman etmək olar ki, dağ bitki örtüyünə malik olmadığından belə adlandırılmışdır. Bəzi tədqiqatçılar bu sözü türkdilli ərsarıların yabanı tirəsinin adı ilə bağlayırlar.
Əd.: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, II cild, Bakı, “Şərq-Qərb”, 2007, s. 273
Şamaxıda 19 əsrə aid türbələr kompleksi. Qәbiristandadır. Şamaxı һakimi Mustafa xanın ailә üzvlәri üçün tikilmiş 7 türbədən 4-ü salamat qalmışdır. Azərbaycanın sәkkizbucaqlı türbələr qrupuna daxil olan bu abidə yonulmuş ağ daşdan inşa edilmiş vә çatmatağlı günbəzlə örtülmüşdür. Xanın anasının dәfn edildiyi türbәnin kitabәsindә (1810) memarın adı (“Ustad Tağı memar”) һәkk edilmişdir. Yeddi Günbəz kompleksindəki türbələrin hamısı kompozisiyasına görə eynidir, yalnız giriş hissələrinin memarlıq tərtibi müxtəlifdir. Bu baxımdan 1816/17 ilə aid türbənin baştağlı girişi diqqətəlayiqdir.
Əd.: ASE, V cild, Bakı,1981, s. 101
Şamaxı r-nu ərazisində göl. Göl parıltılı və şəffaf olduğundan belə adlandırılmışdır.
Əd.: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti” II cild Bakı, “Şərq-Qərb”, 2007, s. 287
Şamaxı r-nu ərazisində dağ. Qozluçayla Çigilçay arasındadır. Hün. 901 m. Tədqiqatçılara görə, dağın adı “mülk”, “yaşayış yeri”, “ölkə”, “torpaq” mənalarını bildirən yurt (yurd) sözündən, məkan bildirən – ən şək.-sindən və dağ coğrafı terminindən ibarət olub, “yurd yeri olan dağ” mənasındadır.
Şamaxı r-nu ərazisində dağ. Dağ ərazisində zəy yatağı olduğuna görə belə adlanmışdır.
Əd.: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, II cild, Bakı, “Şərq-Qərb”, 2007 s. 298
Azərbaycan Respublikasının Şamaxı r-nunda çay. Pirsaat çayının sağ qolu. Uzunluğu 40 km, hövzəsinin sahəsi 223 km2-dir. Böyük Qafqazın cənub yamacından (1040 m hündürlükdən) başlanır. Qar, yağış və yeraltı sularla qidalanır. Üstündə Zoğalava su anbarı yaradılmışdır.
Əd.: ASE, IV cild, Bakı,1980, s. 338