(1883, Şamaxı – 1936, Bakı) – Azərbaycan müəllimi. İlk təhsilini evdə almışdır. Şamaxıda öz vəsaiti hesabına ikisinifli qız məktəbi (“Məktəbi-Şövqiyyə”, 1912-18) açaraq, burada dərs demişdir. 1911-12 illərdə “Məktəb” və “İşıq” jurnallarında maarif, mədəniyyət və qadın azadlığı məsələlərinə dair məqalələri dərc olunmuşdur. Cəfərzadə ali təhsil almış, Ucarda və Bakının bir sıra məktəblərində müəllimlik etmiş, savad kurslarında qadınlara dərs demişdir.
Əd.: ASE, X cild, Bakı, 1987, s. 431