Şamaxı r-nunda dağ. Pirsaat çayının orta axarlarından sağda yerləşir, yarğanlarla parçalanmışdır. Həram (oğru, soyğunçu, qaçaq) deməkdir. Görünür, dağda qaçaq-quldurların gizlənməsi ilə bağlıdır. Dağın adındakı birinci komponent isə onun sahəsinin həcmini ifadə edir.
Əd.: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, I cild, Bakı, “Şərq-Qərb”, 2007, s.108