Şamaxı Ensiklopediyası
  • Ana səhifə
  • Struktur
    • Azərbaycan Respublikası
    • Ümummilli Liderimiz Şamaxıda
    • Dövlət başçımız Şamaxıda
    • Görkəmli şəxsiyyətlər
      • Dövlət xadimləri
      • Mütəfəkkirlər
      • Elm və sənət adamları
    • Qəhrəmanlar
      • Müharibə qəhrəmanları
      • Şəhidlər
    • Əmək qəhrəmanları
    • Tarixi-arxeoloji və memarlıq abidələri
    • Yaşayış məntəqələri
    • Fiziki və coğrafi obyektlər
    • Flora və fauna
    • Oçerklər
      • Şamaxı şəhərinin tarixi
      • Şamaxının mənəvi mədəniyyəti
      • Şamaxı qalaları
      • Şamaxı elm və təhsildə
      • Şamaxı iqtisadiyyatda
      • Şamaxı mədəniyyətdə
      • Şamaxı rayonunun yaşayış məntəqələri
      • Şamaxı soyqırımı
      • Şamaxı ədəbiyyatda
      • Şirvan bölgəsinin xalçaçılıq ənənələri
      • Şamaxı zəlzələləri
      • Şamaxıda pul zərbi
    • Fotoların dili ilə
    • Nəşrlər
    • Tədbirlər
    • Elektron Şamaxı ensiklopediyası
    • ŞAMAXI HAQQINDA DƏYƏRLİ NƏŞR
    • HAQQIMIZDA
    »
  • Qalereya
  • Əlaqə
  • İştirak et
elkhan-suleymanov.az
  • Ana səhifə
  • Menyu
    • Azərbaycan Respublikası
    • Ümummilli Liderimiz Şamaxıda
    • Dövlət başçımız Şamaxıda
    • Görkəmli şəxsiyyətlər
      • Dövlət xadimləri
      • Mütəfəkkirlər
      • Elm və sənət adamları
    • Qəhrəmanlar
      • Müharibə qəhrəmanları
      • Şəhidlər
    • Əmək qəhrəmanları
    • Tarixi-arxeoloji və memarlıq abidələri
    • Yaşayış məntəqələri
    • Fiziki və coğrafi obyektlər
    • Flora və fauna
    • Oçerklər
      • Şamaxı şəhərinin tarixi
      • Şamaxının mənəvi mədəniyyəti
      • Şamaxı qalaları
      • Şamaxı elm və təhsildə
      • Şamaxı iqtisadiyyatda
      • Şamaxı mədəniyyətdə
      • Şamaxı rayonunun yaşayış məntəqələri
      • Şamaxı soyqırımı
      • Şamaxı ədəbiyyatda
      • Şirvan bölgəsinin xalçaçılıq ənənələri
      • Şamaxı zəlzələləri
      • Şamaxıda pul zərbi
    • Fotoların dili ilə
    • Nəşrlər
    • Tədbirlər
    • Elektron Şamaxı ensiklopediyası
    • ŞAMAXI HAQQINDA DƏYƏRLİ NƏŞR
    • HAQQIMIZDA
  • Qalereya
  • Əlaqə
  • İştirak et
    • A
    • B
    • C
    • Ç
    • D
    • E
    • Ə
    • F
    • G
    • H
    • X
    • İ
    • J
    • K
    • Q
    • L
    • M
    • N
    • O
    • Ö
    • P
    • R
    • S
    • Ş
    • T
    • U
    • Ü
    • V
    • Y
    • Z

BAKUVİ SEYİD YƏHYA , Seyid Yəhya Cəmaləddin Seyid Bəhaəddin oğlu Bakuvi Şirvani


  • B
  • Görkəmli şəxsiyyətlər
  • Mütəfəkkirlər
  • Simalar

Seyid Yəhya Bakuvi

Seyid Yəhya Cəmaləddin Seyid Bəhaəddin oğlu Bakuvi Şirvani (təqr. 1410, Şamaxı – təqr. 1462, Bakı) – Azərbaycan mütəfəkkiri, ilahiyyatçı filosof. Seyid Bahəddinin ailəsində anadan olmuşdur. Uşaq yaşlarında ikən ata-anası vəfat etmiş, yetim qalmışdır. Dərin zəkası ilə fərqləndiyindən, o zamanın ən böyük alimi sayılan uzaq qohumu Seyid Sədrəddin onun təlim-tərbiyəsilə məşğul olmuşdur. Həddi-büluğa çatanda qızını ona ərə vermişdir. Müəllimi və qayınatası Seyid Sədrəddinin vəfatından sonra, Şirvandan çıxaraq Bakıya üz tutmuşdur. O vaxt Bakı hakimi olan Xəlil bəy tərəfindən böyük izzətlə qarşılanmış və onun ailəsilə birgə rahat yaşayıb irfan fəaliyyətilə məşğul olması üçün hər cür şərait yaradılmışdır. Böyük kəramət sahibi olan Seyid Yəhya çox qısa zaman kəsiyində öz qüdrətli əsərlərilə diqqət cəlb etdi, onun şöhrəti bütün İslam məmləkətlərinə yayıldı.

Yaxından, uzaqdan işığa can atan pərvanələr kimi müridlər başına toplanmışdır. Bir çox Anadolu Həqiqət və mərifət aşiqləri Bakıya köçmüş, onların bir çoxu Seyid Yəhyanın elmindən və nurundan bəhrələnərək böyük məqamlara çatmışdır. Ərzincanlı Pir Muhəmməd Bəhaəddin ilə İzmir vilayətindən Kain Tirəli Ömər Dədə də o zümrədən olan ariflərdəndir. Bu gün Türkiyə Cümhuriyyətində yayılan Şabaniyyə, Sünbül Sinaniyyə, Ramazaniyyə, Cərrahiyyə, Şəmsiyyə, Əhmədiyyə, Misriyyə, Üşşaqiyyə təriqətləri Pir Muhəmməd Bəhaəddin vasitəsilə, məşhur Gülşəniyyə təriqi də Ömər Dədə vasitəsilə Seyid Yəhya Bakuvidən qaynaqlanır. Onun yetişdirmələrinin bəziləri Ərzincanda məskən salmış Bəhaəddindən, digərləri də Ömər Dədədən dərs alaraq yetkinləşmişlər. Seyid Yəhya Bakuvi Ömər Dədəni Qarabağ, Gəncə və Təbriz cəhətlərinə İrfanı yaymaqdan ötrü göndərmişdi. Sonradan Rövşəni təxəllüsü alan bu gözəl şair Türk ədəbiyyatında daha çox məşhurlaşdı. Onu həm də, qiymətli əsərlərinə görə “Kəşfül-qulub, Əsrarül-vüdu, Vəəs-Səlat rümuzul-işarat, Məqamül-əxlaq əz təsərrüfati- Seyyid Yəhya” kimi tanıyırlar. Xəlvətiyyə təriqətinin çağdaş fərdləri hər bir zikr məqamında onu qüddus öncüllərin silsilə cərgəsində mütləq xatırlayırlar. Bir sıra kitab saxlanclarında onun əlyazma əsərləri qorunmaqdadır.

Seyid Yəhya Bakuvi Bakıda Şirvanşahların sarayı hesab olunan ərazidəki yığcam bir məqbərədə dəfn olunmuşdur. Seyid Yəhya Bakuvi böyük arif olmaqla yanaşı, həm də misilsiz alim və irfan şairi olmuşdur. Bakı və Manisada mühafizə olunan əlyazma kitablarında alim-şairin farsca qələmə aldığı 16 qəzəli məlumdur. Qəzəllər irfan özüllü olub “Seyid” təxəllüsü ilə yazılmışdır. YUNESKO 2013 ili Seyid Yəhya Bakuvi ili elan etmişdir.

Məlumatı filologiya üzrə fəlsəfə doktoru F. Qurbansoy təqdim etmişdir.

Bənzər mövzular

СƏFƏRZADƏ Əzizə Məmməd qızı

BABAYEV Qismət Qarabala oğlu

BABAYEV Mayis Sərkər oğlu

RZAYEV Ağababa Qasım oğlu

Kateqoriyalar

    • Azərbaycan Respublikası
    • Ümummilli Liderimiz Şamaxıda
    • Dövlət başçımız Şamaxıda
    • Görkəmli şəxsiyyətlər
      • Dövlət xadimləri
      • Mütəfəkkirlər
      • Elm və sənət adamları
    • Qəhrəmanlar
      • Müharibə qəhrəmanları
      • Şəhidlər
    • Əmək qəhrəmanları
    • Tarixi-arxeoloji və memarlıq abidələri
    • Yaşayış məntəqələri
    • Fiziki və coğrafi obyektlər
    • Flora və fauna
    • Oçerklər
      • Şamaxı şəhərinin tarixi
      • Şamaxının mənəvi mədəniyyəti
      • Şamaxı qalaları
      • Şamaxı elm və təhsildə
      • Şamaxı iqtisadiyyatda
      • Şamaxı mədəniyyətdə
      • Şamaxı rayonunun yaşayış məntəqələri
      • Şamaxı soyqırımı
      • Şamaxı ədəbiyyatda
      • Şirvan bölgəsinin xalçaçılıq ənənələri
      • Şamaxı zəlzələləri
      • Şamaxıda pul zərbi
    • Fotoların dili ilə
    • Nəşrlər
    • Tədbirlər
    • Elektron Şamaxı ensiklopediyası
    • ŞAMAXI HAQQINDA DƏYƏRLİ NƏŞR
    • HAQQIMIZDA

Digər Materiallar


    Warning: Undefined property: WP_Error::$id in /home/shamak5/public_html/wp-content/themes/encyclopedia/sidebar.php on line 31
  • MƏLİKOV Fərhad Faiq oğlu

    (22.02.1927, Şamaxı ş. ­­- 26.02.1997, Bakı) – Azərbaycan bioloqu, biologiya elmləri...

Şamaxı Ensiklopediyası © 2025 elkhan-suleymanov.az Bütün hüquqlar qorunur.

1905.az STUDIO