(22.2.1953, Şamaxı r-nunun Ərəbşalbaş k.) – şair. Ötən əsrin səksəninci illərində Azərbaycan ədəbiyyatına gələn istedadlı və bənzərsiz qələm sahibidir. Moskvada Maksim Qorki adına Dünya Ədəbiyatı İnstitunun poeziya fakültəsini bitirmişdir. “Azərnəşr”də redaktor vəzifəsində çalışmışdır. “Yağış ətri” (1983), “Lalə işığı” (1982), “Mənim yuxularım bəyaz dənizdir”(1999), “Ərəb oğlu” (1999), “Синий полет” (2000), “Ruhuma yağan yağış”(2009) adlı şeirlər kitablarının müəllifidir. Əsərləri bir sıra dillərə tərcümə olunmuş, müxtəlif dərgilərdə nəşr edilmişdir.
1985 ildə Polşada keçirilən Zaqafqaziya şairləri, 1989 ildə Moskvada keçirilən gənc şairlərin IX Ümumittifaq Poeziya, 1999 ildə İraqda keçirilən “Əl-Mərbid” poeziya festivallarının iştirakçısı və diplomçusudur. Moskvada nüfuzlu “Molodaya Qvardiya” nəşriyyatında “Görkəmli adamların həyatı” seriyasından onun M.Əzizbəyov haqqında qaləmə aldığı “Komissar” adlı sənədli povesti işıq üzü görmüşdür. Müəllif nəsr sahəsində daha məhsuldar çalışır. Yad kişinin əlcəyi”, (1986), “Ölüm adasında yuxu” (1988), “Naməlum pəncərədən baxan qadın” (1996), “Sevgili qatil” (1993), “Qeybdən gələn səs” (1995), “Qar adamının sevgilisi” (2000) adlı romanların, bir sıra povest və hekayələrin müəllifidir.
Azərbaycan “Azad Qələmlər” cəmiyyətinin sədri, “Azərbaycan Dünyası” qəzetinin baş redaktoru, “Çənlibel” nəşriyyatının direktoru vəzifələrini daşıyır.
Məlumat F.Qurbansoydan alınmışdır