Şamaxı r-nu ərazisində, Qobustanda, Gicəki dağında palçıq vulkanı. Hün. 45-50 m. Gicəkaxtarma da adlanır. Sahəsinə və həcminə görə Azərbaycanda ən iri palçıq vulkanıdır. Ayaz (türk dillərində “aydın”, “açıq” mənaları ilə yanaşı, “boşalmaq”, “yoxsullaşmaq”, “zəifləmək” mənalarını da verir) və axtarma (tark dillərində “dağıntı”, “ətrafa səpələmək”, “vulkan”) sözlərindən düzəlib, “boşalmış vulkan” deməkdir.
Əd.: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, I cild, Bakı, “Şərq-Qərb”, 2007, s.66