All posts by rashad

UTUQLU YURDU

Şamaxı r-nu ərazisində Pirsaat çayının sol tərəfındəki Çobançatladan dağının şərq tərəfındə Əhmədli (Kürdəmic) kəndinin torpaq sahəsindədir. Utuq çayı Gilgilçayın qoludur. Kəndin ərazisindən axdığından Utuq çayı adlanmışdır.19 əsr mənbələrindən məlum olur ki, Utuqlular tarixən Şirvanda heyvandarlıqla məşğul olaraq yaşamışlar. Bakı quberniyası Şamaxı qəzasında Kürdəmir sahəsində Utuqlu köçü (26 ailə, 91 nəfər ) qeydə alınmşdır. Bəzi türk dillərində isə Utuq suvarılan biçənək, otlaq, tarla anlamında da işlədilir.

Əd.: N.Bəndəliyev “Dağlıq Şirvanın toponimləri”, Bakı, “Elm”, 2009, s. 254

Ətraflı oxu

UĞUZ DÜZÜ(UĞUZ YURDU) BULAĞ

Şamaxı r-nunun Ərçiman kəndi ərazisindədir. Ərçiman kəndinin şimal-şərq hissəsində Sərdəxan yaylağından cənubda yerləşir. Burada geniş sahəyə malik da üstü düzənlik Uğuz düzü və ya Uğuz yurdu adlanır. Yerin adı ilə əlaqədar buradakı mineral bulaq da Uğuz yurdu bulağı adlanır.Uğuz yurdu bulağının adını oğuzlarla bağlı alması ehtimalı güclüdür.

Əd.: N.Bəndəliyev “Dağlıq Şirvanın toponimləri”, Bakı, “Elm”, 2009, s. 283

Ətraflı oxu

LƏK ÇAYI

Çigilçayın yuxarı başlanğıc qollarından birini təşkil edir. Çay bəzən ləkdərə çayı da adlanır. Çünki çay Ləki yaylağından başlanır. Çay öz adını ləki tayfasının vaxtı ilə istifadə etdiyi yaylağın adından almışdır.

Ətraflı oxu

DƏLİDURMUŞ ÇAYI

Pirsaat çayının sol qollarından biridir. Ərciman kəndinin yuxarısından Pirsaat çayına qovuşur. Nurum yalağından başlanır. Leysan yağışlar zamanı məsafəsi qısa olduğuna görə tez daşır. Bu xüsusiyyətinə görə Dəlidurmuş adlanması güman olunur.

Əd.: N.Bəndəliyev “Dağlıq Şirvanın toponimləri”, Bakı, “Elm”, 2009, s. 276

Ətraflı oxu

DƏLİÇAY

Dəlilər adlı yaylaqdan başlanır. Pirsaat yayının sağ qollarından biridir. Çanut çayının sağ qollarından biri Dəlilər adlanır. Çayın öz adını Dəlilər adlı elin tarixən istifadə etdiyi yaylaq adından aldığı güman olunur.

Əd.: N.Bəndəliyev “Dağlıq Şirvanın toponimləri”, Bakı, “Elm”, 2009, s. 278

Ətraflı oxu

ƏPÇİ ÇAYI

Ləngəbiz silsiləsindən başlanaraq Şirvan düzünə doğru uzanan kiçik çay dərəsi. Çay dərəsi yaxınlığında Ovçulu kəndi yerləşir. Şirvan düzü hissəsində bu Əpçi qobu da adlanır. Əpçi çayı haqqındakı bir məlumatda yağıntılı vaxtlarda dərədən axan suyun acı olması ilə əlaqədar çay adının “Həbçi” kimi adlanmasını qeyd edənlər də vardır. Bu da həb-dərman mənasındadır.

Ətraflı oxu

ƏLİYEV Natiq Kamal oğlu

natiq_eliyev(10.8.1958, Bakı) – Azərbaycan heykəltəraşı, Azərbaycan Respublikasının xalq rəssamı (2005), professor, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü (2008), Respublika Gənclər mükafatı laureatı (1989). Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini və V.Muxina adına Sankt-Peterburq Ali Rəssamlıq Məktəbini bitirmişdir. Hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru, heykəltəraşlıq kafedrasında emalatxana rəhbəridir.

Ətraflı oxu

BİTLİ NƏNƏ DAĞI

Ləngəbiz silsiləsinin Şirvan düzünə baxarında Ovçulu kəndi ərazisində yerləşir. Bitli nənə toponimindəki bitli ifadəsi haqqında Ovçulu kənd əhalisi arasında belə bit xalq rəvayəti də mövcuddur. Rəvayətə görə iki Qoşa zirvə olan Ağdaş dağı ilə Göydaş dagı arasında yerləşən Bitli nənə dağı iki qardaşa məxsus olmuşdur.

Ətraflı oxu