All posts by rashad

ƏLİYEV Viktor Əli oğlu

+viktor-eliyev(1950, Şamaxı ş.) – Azərbaycanın əməkdar müəllimi (2005). Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmişdir. Şamaxı şəhər 2 saylı orta məktəbdə müəllim, direktor, Şamaxı rayon Partiya Komitəsində təlimatçı, şöbə müdiri, Şamaxı rayon Təhsil Şöbəsinin müdiri vəzifələrində çalışmışdır. “Şamaxı – təhsil tarixi” monoqrafiyasının həmmüəllifidir.

Ətraflı oxu

ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI (ŞAR)

resedxana-web

Azərbaycan MEA Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası – elmi-tədqiqat müəssisəsi. Şamaxı şəhərindən 22 km aralı Y.Məmmədəliyev qəsəbəsi yaxınlığında Pirqulu dağının şimal yamacında dəniz səviyyəsindən 1435 m yüksəklikdədir.

Ətraflı oxu

MƏMMƏDOV Ədalət Ağagül oğlu

edalet_memmedov-web(1952, Şamaxı r-nunun Adnalı k.) – tədqiqatçı – filoloq, ali dərəcəli müəllim. Azərbaycan Dövlət Universitetini bitirmişdir. Adnalı kəndində müəllim və dərs hissə müdiri işləmişdir. 1986 ildən Şamaxı rayon Təhsil Şöbəsində inspektor vəzifəsində çalışır. 200-dən çox elmi-medodiki, pedaqoji, ədəbi-bədii və publisistik yazıları dərc olunmuşdur.

Ətraflı oxu

RÜSTƏMOVA-TOHİDİ Solmaz  Əli qızı 

solmaz_tohidi

(20.2.1953, Bakı) – Azərbaycan tarixçisi, tarix elmləri doktoru, professor. Azərbaycan Dövlət Universitetini bitirmişdir. Azərbaycan MEA Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisidir. Əsas tədqiqat istiqamətləri 20 əsrin birinci yarısında Qafqazın, Azərbaycanın, İranın və Türkiyənin siyasi tarixi və 1918 il azərbaycanlıların soyqırımını əks etdirən “Azərbaycan Xalq Cümhuriyyəti Fövqəladə Təhqiqat Komissiyasının sənədləri” silsiləsindən sənədlər toplularının ilk dəfə nəşri (14 kitab) və təhqiqatı (3 monoqrafiya) ilə bağlıdır.

Ətraflı oxu

İSAYEV Ağasəmid Babasəmid oğlu

isayev- agasemid-web(5.11.1961, Şamaxı r-nunun Ovculu k.) – tibb elmləri doktoru (2009), professor (2012). Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir. 1986 ildə həmin institutun Elmi Şurasının qərarı ilə “İnsan anatomiyası” kafedrasında baş laborant kimi əmək fəaliyyərinə başlamışdır. 2012 ildən həmin kafedranın professorudur.

Ətraflı oxu

İSGƏNDƏROV Anar Camal oğlu

anar_isgenderov-web(10.1.1956, Masallı r-nunun Kolatan k.) – Azərbaycan tarixçisi, tarix elmləri doktoru (2004), professor. Azərbaycan Dövlət Universitetini bitirmişdir. 1978-81 illərdə Masallı rayonunda tarix müəllimi, 1982-84 illərdə Azərbaycan Dövlət Neft Akademiyası fəlsəfə kafedrasında kabinet müdiri işləmişdir. 1984 ildən BDU-nun Tarix fakültəsi mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasında çalışır.

Ətraflı oxu

ABDULLAYEV İlqar Ağamməd oğlu

abdullayev_ilqar-web(1.8.1966, Şamaxı r-nunun Ovculu k.) – fəlsəfə üzrə fəlsəfə doktoru (1996), dosent. Azərbaycan Dövlət Rus dili və Ədəbiyyatı İnstitutunu bitirmişdir. 1992-93 illərdə doğulduğu kənddə, 1994-2009 illərdə Azərbaycan Texniki Universitetinin fəlsəfə və politologiya kafedrasında, 2009-11 illərdə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Fövqəladə Hallar Akademiyasında pedaqoji fəaliyyət göstərmişdir. Hazırda Azərbaycan Dövlət Dəniz Akademiyasının ictimai fənlər və dillər kafedrasının müdiri vəzifəsində çalışır. 30-dan çox elmi-fəlsəfi məqalənin, bir sıra metodik vəsait və dərslik müəllifidir.
Məlumat İ.Abdullayevdən alınmışdır.

 

Ətraflı oxu

ZÜLFÜQARLI Məhərrəm Paşa oğlu

zulfuqarli_meherrem-web

(19.8.1955, Ucar ş.) – tarixçi, tarix üzrə fəlsəfə doktoru (1990), dosent (2008). Azərbaycan Dövlət Universitetini bitirmişdir. Azərbaycan MEA Tarix İnstitutunda, Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun Sumqayıt filialında, Bakı Dövlət Universitetində, Bakı Biznes Universitetində, Sumqayıt şəhər İcra Hakimiyyəti sistemində çalışmışdır.

Ətraflı oxu

AŞIQ ABBAS

Abbas Ağabala oğlu Söhbətov (1908, Şamaxı r-nunun Cəyirli k. – 1966, Şamaxı ş.) – Azərbaycan aşığı. Aşıqlıq sənətinin sirrini əvvəllər öz həmkəndlisi Aşıq Fərəcdən, sonra isə Şirvan aşıqlarının atası hesab olunmuş Aşıq Mirzə Bilaldan almışdır.

Ətraflı oxu

XALADAR ÇAYI

Qozlu çayının yuxarı axınında sol qollarından birinin adıdır. Burada eyni adlı (Xaladar yaylağı, Xaladar meşəsi) yaylaq və meşə də mövcuddur. Əslində xaladar sözü Kələdar sözünün təhrif forması olmalıdır.

Ətraflı oxu