All posts by rashad

MİRƏLƏMOV Mirələm Fərman oğlu

mirelemov_mirelem(1988, Şamaxı ş.) – xanəndə. Asəf Zeynallı adına Musiqi Kollecini (Zabit Nəbizadənin sinfini) bitirmişdir. 2011 ildə Heydər Əliyev Fondunun muğam sənətinin qorunub saxlanılması, zəngin tarixə malik ifaçılıq sənətinin gələcək nəsillərə çatdırılması, yeni ifaçılar nəslinin yetişdirilməsi məqsədi ilə keçirdiyi Televiziya Muğam Müsabiqəsinin və 2013 ildə “Muğam Aləmi” 3-cü Beynəlxalq Muğam Festivalının Qalibi olmuşdur.

Ətraflı oxu

TARIVERDİYEV Hikmət Fikrət oğlu

 

tariverdiyev_hikmet(22.11.1957, Şamaxı r-nunun Əngəxaran k.) – məşqçi-idmançı, SSRİ idman ustası, Azərbaycan Respublikasının fəxri bədən tərbiyəsi və idman işçisi (2015). Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunu bitirmişdir. Ağır atletika üzrə 12 dəfə Azərbaycan çempionu, 4 dəfə Bakı çempionu olmuşdur. 1979 ildən pedaqoji fəaliyyətlə məşğuldur. İki yetirməsi SSRİ idman ustası, bir yetirməsi isə poverliftinq üzrə dünya çempionu adına layiq görülmüşdür.

Məlumat H. Tarıverdiyevdən alınmışdır.

Ətraflı oxu

MOLLA MƏHƏMMƏD ZUİ

(1845, Şamaxı ş. – 1910, Cavad k.) – şair. Mədrəsə, mollaxana təhsili alsa da ruhani olmamışdır. Ticarət, daha sonra isə xəttatlıq və məktəbdarlıqla məşğul idi və “Beyt üs-səfa” ədəbi məclisinin ən fəal üzvlərindən olmuşdur. Fars və Azərbaycan dillərində qəzəl, rübai, qəsidə, həmçinin, Füzuli və Seyid Əzim qəzəllərinə nəzirələr yazmışdır.

Ətraflı oxu

MOLLA AĞA BİXUD

(1830, Şamaxı ş. – 1892, Şamaxı) – şair. Ruhani ailəsində doğulmuş, ərəb, fars dillərini bilmişdir. Bir müddət mollalıq etmiş, sonra ticarətlə məşğul olmuşdur. Klassik üslubda əsərlər yazmışdır. M.Füzulinin “Olmaz” rədifli qəzəlinə nəzirə yazanlar arasında birincilik qazanmışdır.

Ətraflı oxu

MƏŞƏDİ RƏĞİB

(1818, Şamaxı ş. – 1891, Şamaxı ş.) – şair. Şamaxıda mədrəsə təhsili almışdır. “Beyt üs-səfa” ədəbi məclisinin fəal üzvü idi. Məhəbbət və dostluğu tərənnüm edən çoxlu qəzəl yazmışdır.

Ətraflı oxu

HUŞİYAR XINISLI

Məhəmməd Təqi Molla Nəqi oğlu (1829, Şamaxının Xınıslı k. -1914, Türkmənistan, Mərv ş.) – şair, xəttat. Atasından dini elmlərlə yanaşı, ərəb, fars dillərini, eləcə də xəttatlığı öyrənmişdir. Bir müddət Şamaxıda xəttatlıq etmişdir. S. Ə. Şirvani, Mahmud ağa, Ə. Qafillə yaxınlıq etmişdir.

Ətraflı oxu

ƏLİ ƏKBƏR QAFİL

Əli Əkbər Namaz oğlu (1828, Şamaxı ş. – 1891, Şamaxı ş.) – şair. Mükəmməl mədrəsə təhsili almış, fars dilini öyrənmişdir. “Beytüs-səfa” ədəbi məclisinin üzvü idi.

Ətraflı oxu

SƏFƏROV Yusif Əliqulu oğlu

(15.10.1907, Şamaxı ş. – 30.12.1963, Bakı) – Azərbaycan neftçi alimi. Texnika elmləri namizədi (1944). Azərbaycanın əməkdar mühəndisi (1960). SSRİ Dövlət mükafatı laureatı (1946, 1951). Azərbaycan Neft İnstitutunu bitirmişdir.

Ətraflı oxu

MEHRƏLİYEV Eybalı Qara oğlu

eybali_mehraliyev(1930, Ağsu r-nunun Bico k. – 2011, Bakı) – Azərbaycan coğrafiyaçısı, coğrafiya elmləri doktoru (1991), professor. Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmişdir. Azərbaycan EA-nın Coğrafiya İnstitutunda kiçik elmi işçi, İqtisadiyyat İnstitutunda kiçik və böyük elmi işçi, S.Dadaşov adına Tikinti Materialları Elmi-Tədqiqat İnstitutunda iqtisadi tədqiqatlar şöbəsinin müdiri, Neft Akademiyasında və İqtisadiyyat İnstitutunda dosent vəzifəsində işləmişdir.

Ətraflı oxu

NƏSRULLAYEV Nəsrulla Hidayət oğlu

nesrullayev_nesrulla-featured

(25.10.1920, Bakı. – 26.4.1978, Bakı.) – dövlət xadimi. 1944 ildə Azərbaycan Sənaye İnstitutunu bitirmişdir. 1946 ildə Bakı Elektromexanika Zavodunun direktoru, 1960 ildə Respublika Xalq Təsərrüfatı Şurasının elektromexanika idarəsinin rəisi təyin olunmuşdur. Bakı Şəhər Partiya Komitəsinin 1-ci katibi, 1966-69 illərdə Dövlət Plan Komitəsinin sədr müavini, 1969-75 illərdə Rabitə naziri, 1975 ildə Yüngül Sənaye naziri vəzifələrində çalışmışdır. Dəfələrlə SSRİ Ali Sovetinin və Azərbaycan Ali SSR Sovetinin deputatı seçilmişdir.

Ətraflı oxu