All posts by rashad

ŞAMAXININ MƏNƏVİ MƏDƏNİYYƏTİ

novruzMövcud elmi araşdırmalar, ümumiləşdirilmiş əsərlər və dəyərli mənbələr onu deməyə əsas verir ki, Şamaxı ərazisi qədim mədəniyyət mərkəzlərindən biri olaraq, zəngin və çoxəsrlik mədəniyyəti ilə nəinki Azərbaycanda, eləcə də, qədim Şərqin iqtisadi və mədəni həyatında ənənəvi rolunu və əhəmiyyətini itirməmişdir.

Ətraflı oxu

ZABİTOV İbrahim Müslüm oğlu

(1945, Şamaxı r-nunun Kiçik Xınıslı k.) – idman xadimi, Azərbaycan Respublikasının fəxri bədən tərbiyəsi və idman işçisi (2011), sərbəst güləş üzrə SSRİ idman ustası (1968). Şamaxı rayon “Məhsul” cəmiyyətinin sədri, idman məktəbinin direktoru vəzifələrində çalışmışdır. Əməkdar məşqçi Xankişi Hüseynovun yetişdirməsidir. SSRİ turnirlərinin mükafatçısı, respublika çempionatlarının qalibi olmuşdur. Məşqçilik fəaliyyəti zamanı dövründə yetirmələri SSRİ və Azərbaycan çempionu olmuşlar. Hazırda ictimai əsaslarla məşqçi işləyir.

Məlumat İ.Zabitovdan alınmışdır.

Ətraflı oxu

ŞƏRİFOV Məhəmməd Qiyas oğlu

Mehemmed_serifov-(2)(15.7.1948, Şamaxı r-nunun Göylər k.) – idman müəllimi, məşqçi. Azərbaycan Respublikasının fəxri bədən tərbiyəsi və idman işçisi. Xarkov Pedaqoji İnstitutunu bitirmişdir. Yetişdirmələri Avropa çempionatlarının mükafatçısı, respublika birinciliklərinin qalibi olmuşdur. 1975 ildən Göylər kənd tam orta məktəbində fiziki tərbiyə müəllimi işləyir.

Məlumat M.Şərifovdan alınmışdır.

Ətraflı oxu

SEYİDOV Sədrəddin Məhyəddin oğlu

seyidov_sedreddin

(20.9.1950, Şamaxı r-nunun Məlhəm k.) idmançı, SSRİ idman ustası. Sumqayıt Kimya Texnologiya Texnikumunu bitirmişdir. Dəfələrlə respublika birinciliklərinin qalibi və mükafatçısı, beynəlxalq turnirlərin mükafatçısı olmuşdur. Hazırda Məlhəm kəndində məşqçi kimi fəaliyyət göstərir.

Məlumat S.Seyidovdan alınmışdır.


Ətraflı oxu

QƏHRƏMANOV Əhliman Əliş oğlu

+qehremanov_ehliman(16.12.1946, Şamaxı ş. – 19.12.2019, Moskva ş.) – idman xadimi, Azərbaycan Respublikasının fəxri bədən tərbiyəsi və idman işçisi. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunu bitirib. 1969 ildən müəllimlik fəaliyyətinə başlamış, 1976-2014 illərdə Şamaxı rayon Təhsil Şöbəsində metodist işləyib. Sərbəst güləş üzrə SSRİ birinciliklərinin, respublika, cəmiyyətlər arasında yarışların qalibi və mükafatçısı olub.  Şamaxı Olimpiya Mərkəzində məşqçi işləyib.

Ətraflı oxu

QASIMOV Vaqif Əlibaba oğlu

qasimov_vaqif(14.9.1960, Şamaxı ş.) -idmançı, Azərbaycan Respublikasının fəxri bədən tərbiyəsi və idman işçisi, SSRİ idman ustası. Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirmişdir. Dəfələrlə respublika yarışlarının qalibi və mükafatçısı olmuşdur. Hazırda Şamaxı rayon Təhsil Şöbəsinin bədən tərbiyəsi və hərbi hazırlıq üzrə metodistidir.

Ətraflı oxu

NURİYEV Şakir Ələsgər oğlu

+nuriyev_shakir(6.4.1957, Şamaxı ş.) – müəllim, Azərbaycan Respublikasının fəxri bədən tərbiyəsi və idman işçisi, SSRİ idman ustası. Bakı Bədən Tərbiyəsi Texnikumunu bitirmişdir. Respublika səviyyəli müxtəlif turnirlərin qalibi və mükafatçısı olmuşdur. Hazırda 6 saylı tam orta məktəbin idman rəhbəridir.

Ətraflı oxu

MAHMUDOV Tərlan Əmiraslan oğlu

mahmudov_terlan(4.4.1957, Şamaxı ş.) – idmançı, məşqçi, baş müəllim, poverliftinq üzrə idman ustası. Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirmişdir. 1981 ildən fiziki tərbiyə müəllimi işləyir. Çalışdığı dövr ərzində ağır atletika və poverliftinq üzrə idman ustaları, Dünya, Avropa və Azərbaycan çempionları, rekordçuları yetişdirmişdir.

Ətraflı oxu

MAHMUDOV Aslan Əmiraslan oğlu

mahmudov_aslan(30.6.1958, Şamaxı ş.) – idmançı-məşqçi. Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirmişdir. 1982 ildən fiziki tərbiyə müəllimi və məşqçi işləyir. Şotokan Karate-do, Full-Kontakt Karate idman növləri üzrə dəfələrlə respublika çempionu və mükafatçısı olmuşdur. Yetirmələri Azərbaycan çempionatının mükafatlarını qazanmışdır.

Ətraflı oxu

HÜSEYNOV Xankişi Mişan oğlu

huseynov-xankisi(1.1.1933, Şamaxı r-nunun Mişan k.) – Azərbaycan idman xadimi, Azərbaycanın əməkdar məşqçisi (1969), əməkdar bədən tərbiyəsi və idman xadimi (2006), sərbəst güləş üzrə SSRİ idman ustası (1961).

Ətraflı oxu