All posts by rashad

ƏHMƏDOV Ağamirzə Mirzalı oğlu

(1905, Şamaxı r-nunun Əngəxaran k. – 1964, Bakı) – ictimai-siyasi xadim. Partiya məktəbini bitirdikdən sonra Şamaxı rayonunda əvvəlcə komsomol komitəsinin katibi, sonra təhsil şöbəsinin müdiri və Şamaxı təşkilat şöbəsinin rəhbəri vəzifələrində işləmişdir.

Ətraflı oxu

QALAÇA

Qədim yaşayış yeri. Əngəxaran k. yaxınlığında, Yazdağ deyilən yerin qərbindədir. Hazırda həmin yerdə bəzi tikinti qalıqları qalmışdır. Divarının eni təqribən 1 m olan düz­bu­caqlı formada inşa olunmuş qala divarları qalıqları aydın görünür. Ən­gə­xaran kənd sakinləri ev inşa edərkən həmin ərazidəki bina qalıqlarından yo­nul­muş daşları gətirib istifadə etmişlər.

Ətraflı oxu

EYĞIR

Əngəxaran yaxınlığında pir yeri. Burada yerin dərinliklərindən qaynayan çox gözəl suyu olan bulaq var. Qədimdə kənd əhalisi bu bulaqdan su daşıyırmış. “Eyğır” sözünün etimologiyasına gəlincə, fərz etmək olar ki, bu söz “Ayğır” sözündən formalaşmışdır.

Ətraflı oxu

BEÇARƏ

Şamaxının şimal-qərbində Əngəxaran kəndinin yaxınlığında bulaq. Yerdən qay­naqlanıb çıxan gözəl sulu bu bulağın suyunu uzun müd­dət şəhərə gətirmək istəsələr də mümkün olmamışdır. Ona görə də onu boş, la­­zımsız, çarəsiz mənasını ifadə edən “bekara” və ya “beçarə” adlandır­mış­lar.

Əd.: K.Fərhadoğlu “Qədim Şirvan elinə səyahət”, Bakı, 2005

Ətraflı oxu

ALPOUTDƏRƏ

Şamaxı r-nu ərazisində çay. Alpout dərəsindən axdığı üçün adını həmin dərədən almışdır.
Əd.: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, 1 cild, Bakı, “Şərq-Qərb”, 2007, s. 50

Ətraflı oxu

ALPOUT DƏRƏSİ

Şamaxı r-nu ərazisində dərə. Alpout (kənd adı) və dərə sözlərindən düzəldilib, Alpout kəndinin dərəsi mənasını verir. 1917 ildə Şamaxıda Türk Alpout və Erməni Alpout adlı iki kənd qeydə alınmışdır.

Ətraflı oxu

GİRDƏ

Şamaxı r-nu ərazisində, Ləngəbiz sıra dağlarının cənub-şərqində zirvədir. Dağ girdə formalı olduğuna görə belə adlandırılmışdır.

Əd.: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, 1 cild, Bakı, “Şərq-Qərb”, 2007, s.202

Ətraflı oxu

AXTARMA PAŞALI

Azərbaycanda ən böyük palçıq vulkanlarından biri. Şamaxı rayonu ərazisində, Paşalı stansiyası yaxınlığındadır. Nisbi hün. 3000 m-ə çatır.

Ətraflı oxu

AĞCABULAQ

Şamaxı r-nu ərazisində mineral bulaq. Ağca (içməyə yararlı) və bulaq sözlərindən yaranıb, “içməyə yararlı su” deməkdir.

Ətraflı oxu

AĞBULAQ

Şamaxı r-nu ərazisində dağ. Adını eyniadlı bulaqdan alımışdır.
Əd.: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, 1 cild, Bakı, “Şərq-Qərb”, 2007, s. 17

Ətraflı oxu