All posts by rashad

QAFAR KƏNDLİ HERİSÇİ

Qafar_Kendli(1925, Təbriz – 1997, Bakı) – Azərbaycan ədəbiyyatşünası, filologiya elmləri doktoru (1973), professor (1973). 1941-46 illərdə Cənubi Azərbaycanda baş verən siyasi proseslərin fəal iştirakçısıdır. Bakı Ali Partiya Məktəbini və Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasını bitirmişdir.

Ətraflı oxu

ƏLİYEV İlham Heydər oğlu

eliyev_ilham-web(24.12.1961, Bakı) – Azərbaycanın görkəmli dövlət xadimi, Azərbaycan Respublikasının Prezidenti. Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunu (MDBƏİ) bitirmişdir (1982). MDBƏİ-ni bitirdikdən sonra 1982 ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun aspiranturasına daxil olmuşdur. 1985 ildə dissertasiya müdafiə edərək, tarix elmləri namizədi dərəcəsi almışdır. 1985-90 illərdə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda müəllim işləmişdir.

Ətraflı oxu

EYVAZOVA Yeganə Mirsahib qızı

(14.3.1970, Bakı) – coğrafiyaçı, coğrafiya üzrə fəlsəfə doktoru. Bakı Dövlət Universitetini bitirmişdir. 1998 ildən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Elmi-Tədqiqat İnstitutunda əvvəl böyük elmi işçi vəzifəsində, daha sonra “Hidroloji proqnoz və su ehtiyatlarının tədqiqi” şöbəsinin müdiri, Azərbaycan Dövlət Neft Şirkətinin Sərmayələr İdarəsinin “Kontraktlar” şöbəsində mühəndis vəzifəsində çalışmışdır.

Ətraflı oxu

EYVAZOV Mirsahib Mirələm oğlu

(1.1.1939, Şamaxı r-nunun Məlikçobanlı k. – 24.6.2006, Şamaxı ş.) – coğrafiyaçı, coğrafiya elmləri namizədi (1971), dosent (1977). Azərbaycan Dövlət Universitetini bitirmişdir. Şamaxı rayonunun Nərimankənd və Məlikçobanlı kəndlərində müəllim və məktəb direktoru olmuşdur.

Ətraflı oxu

CƏLİLOV Namiq Sərdar oğlu

(18.2.1955, Naxcıvan MR, Şahbuz r-nunun Aşağı Qışlaq k.) – Azərbaycan astrofiziki, fizika üzrə elmlər doktoru (2004), Azərbaycan MEA-nın müxbir üzvü (2007). Azərbaycan Dövlət Universitetini bitirmişdir.

Ətraflı oxu

BƏKİROV Roman Mehman oğlu

(13.3.1989, Şamaxı r-nunun Göylər k.) – Azərbaycan idmançısı. Sərbəst güləş üzrə gənclər arasında Avropa çempionatının bürünc mükafatçısıdır (2009).

Əd.: Azərbaycan Milli Ensiklopediyası, 3 cild, Bakı, 2011, s.560

Ətraflı oxu

BALAQARDAŞOV Qardaşbala İmanalı oğlu

(15.5.1928, Şamaxı r-nunun Sündü k. – 1.5.1991, həmin kənddə) – Sosialist Əməyi Qəhrəmanı (1948). Şamaxı rayonundakı təsərrüfatda baş baytar işləmişdir. 1948 ildə qoyunçuluq sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur.

Əd.: Azərbaycan Milli Ensiklopediyası, 3 cild, Bakı, 2011, s. 106

Ətraflı oxu

ƏTŞAN ŞİRVANİ

Molla Əliabbas Ətşan Şirvani (?, Şamaxı ş. – 1918, Gəncə ş.) – şair, müəllim. Şair Abbas Səhhətin atasıdır. Ərəb və fars dillərini mükəmməl bilmiş, fars və Azərbaycan dillərində şeirlər yazmışdır. Bu əsərlər məhəbbət mövzusunda qəzəllər, dini mövzuda mərsiyələr, ailə-məişət mövzusunda satirik şeirlər idi. Şeirlərinin az bir qismi məlumdur. Uzun müddət müəllimlik etmişdir. Oğlu Abbas Səhhətlə eyni gündə Gəncədə vəfat etmiş və orada dəfn olunmuşdur.

Ətraflı oxu

ƏHMƏDOV Nəcməddin Xələf oğlu

(12.3.1923, Şamaxı r-nunun Əngəxaran k. – ?) – ictimai-siyasi xadim. Bakı Ali Partiya Məktəbini bitirmişdir. Azərbaycan dəmir yolunda işləmiş (1946-53), Azərbaycan KP MK-da məsul təşkilatçı, şöbə müdirinin müavini, sektor müdiri, Azərbaycan SSR Nazirlər Soveti yanında Xarici Turizm İdarəsinin rəisi (1964-70), Bakı şəhər Nərimanov Rayon Partiya Komitəsinin 1-ci katibi (1971-81), Bakı şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri (1981-86) vəzifələrində çalışmışdır.

Ətraflı oxu