All posts by rashad

MEHMET RIHTIM

 

Mehmet-Rıhtım(9.6.1960, Türkiyənin Kayseri vilayətinin Hacılar qəs.) – alim, tədqiqatçı. Filologiya üzrə fəlsəfə doktoru (2005), professor (2013). Ərzurum Atatürk Universitetini bakalavr pilləsi, Səlcuq Universiteti Sosial Elmlər İnstitutunun ilahiyyat fakültəsini magistr pilləsi üzrə bitirmişdir. 1997 ildən Qafqaz Universitetində (Bakı) çalışır.

Ətraflı oxu

FİRUDİN QURBANSOY, Qurbanov Firudin Əliağa oğlu

qurbansoy_firudin-web

Qurbanov Firudin Əliağa oğlu (10.2.1954, Bakı) – ədəbiyyatşünas, dramaturq, filologiya üzrə fəlsəfə doktoru (1990), dosent. Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmişdir (1977). Azərbaycan Milli Konservatoriyasında kafedra müdiri vəzifəsində çalışır. 100-dən artıq elmi məqalənin müəllifi, beynəlxalq konfrans və simpoziumların iştirakçısıdır.

Ətraflı oxu

BƏYDƏMİRLİ Rəşad Qardaşxan oğlu

(22.2.1953, Şamaxı r-nunun Ərəbşalbaş k.) – şair. Ötən əsrin səksəninci illərində Azərbaycan ədəbiyyatına gələn istedadlı və bənzərsiz qələm sahibidir. Moskvada Maksim Qorki adına Dünya Ədəbiyatı İnstitunun poeziya fakültəsini bitirmişdir. “Azərnəşr”də redaktor vəzifəsində çalışmışdır. “Yağış ətri” (1983), “Lalə işığı” (1982), “Mənim yuxularım bəyaz dənizdir”(1999), “Ərəb oğlu” (1999), “Синий полет” (2000), “Ruhuma yağan yağış”(2009) adlı şeirlər kitablarının müəllifidir. Əsərləri bir sıra dillərə tərcümə olunmuş, müxtəlif dərgilərdə nəşr edilmişdir.

Ətraflı oxu

PİRİYEVA Firuzə Lətif qızı

piriyeva_firuze-web

(9.3.1948, Şamaxı ş.) – kənd təsərrüfatı üzrə fəlsəfə doktoru (1985). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Elmi-Tədqiqat Meşəçilik İnstitutunun elmi katibidir. Əsas tədqiqat sahəsi Azərbaycan şəraitində meşə bərpa işlərində tövsiyə olunan ağac və kollar mövzusu ilə bağlıdır. 2 kitab, 30-dək elmi məqalə, 2 metodik göstərici, 1 səmərəli təklif müəllifidir. Beynəlxalq elmi konfransların iştirakçısı olmuşdur.

Məlumat F.Piriyevadan alınmışdır.

Ətraflı oxu

KALVALI ƏLİ DƏDƏ

Eli_DedeKərimov Əli Zülfüqar oğlu (1874 Şamaxı qəz, Kalva k. – 1960, yenə orada) – xalq ifaçısı, bəstəçi. 19 yüzilin sonu, 20 yüzilin birinci yarısında zurna, balaban, tütək kimi nəfəsli alətlərdə çox böyük sənətkarlıqla çalmağı bacarmış, onların imkanlarını texniki baxımdan genişləndirmişdir.

Ətraflı oxu

XƏLİLLİ Fariz Sabir oğlu

xelili_fariz(1.8.1980, Ağsu r-nunun Gəgəli k.) – tarixçi, tarix üzrə fəlsəfə doktoru.

Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirmişdir (2008). Milli Azərbaycan Tarixi Muzeyinin 2004 və 2008 illər, “Şamaxı tarix-diyarşünaslıq muzeyi”nin 2009 il ekspozisiyalarının, Orta əsr Ağsu şəhəri arxeoloji turizm kompleksinin 3, 4 və 5 qazıntılarındakı sərgi zallarının (2010-13) hazırlanmasında yaxından iştirak etmişdir. “Şamaxı tarix-diyarşünaslıq muzeyi”nin kataloqunu iki dildə (azərbaycan və ingilis dillərində) hazırlamış, 2009 ildə nəşr etdirmişdir.

Ətraflı oxu

DƏMİRQAYAYEV Şahvar Qara oğlu

(1940, Şamaxı r-nunun Cəmcəmli k. – 1998, Bakı) – coğrafiyaçı, coğrafiya elmləri namizədi (1972), dosent (1984). Azərbaycan Dövlət Universitetini bitirmişdir. 1959 ildən Azərbaycan EA Coğrafiya İnstitutunun kartoqrafiya şöbəsində baş laborant, kiçik elmi işçi, baş elmi işçi, şöbə müdiri vəzifələrində işləmişdir. 1984 ildən Bakı Dövlət Universitetində çalışmışdır. 50-dən çox elmi-kütləvi əsərin və “Azərbaycan respublikasında şəhərlərin inkişafının coğrafi məsələləri” adlı monoqrafiyanın müəllifidir.

Əd.: Azərbaycanın coğrafiyaçı alimləri. Bakı,”Elm”, 2013, s. 108

 

Ətraflı oxu

DAŞDİYEV Rəsul Hacı oğlu

(1955, Şamaxı r-nunun Sabirli k. – 2009, Bakı) – coğrafiyaçı, coğrafiya elmləri namizədi (1986), dosent (1998). Azərbaycan Dövlət Universitetini bitirmişdir. 1978 ildən Azərbaycan EA Coğrafiya İnstitutunda laborant, kiçik elmi işçi, elmi işçi, baş elmi içi vəzifələrində işləmişdir. Azərbaycanda landşaftın geokimyası, dinamikası, ekoloji təsnifatı, geoekologiya, dağlıq geosistemlərin optimallaşdırılması probleminə dair geniş tədqiqatlar aparmışdır. Həmin əsərlərdə landşaftların tipoloji təsnifatını işləmiş və xəritələrini tərtib etmişdir. 1998 ildən BDU-nun dosenti olmuşdur.

Əd.: Azərbaycanın coğrafiyaçı alimləri. Bakı, “Elm”, 2013, s. 106

Ətraflı oxu

BƏNDƏLİYEV Nurəddin Səməndər oğlu

bendeliyev_nureddin

(1936, Şamaxı r-nunun Dağ Kolanı k.) – coğrafiyaçı, coğrafiya elmləri namizədi (1991). Şamaxı Tibb Məktəbini və Bakı Dövlət Universitetinin coğrafiya fakültəsini bitirmişdir. Şamaxı rayonu Poladlı kənd tam orta məktəbində coğrafıya-biologiya fənnlərinin tədrisi ilə məşğuldur. AMİ-nin Şamaxı filialında mühazirələr oxuyur (2000 ildən). Əsərlərində əsasən Dağlıq Şirvan bölgəsində coğrafi adların məzmununu və elmi mənasını öyrənmişdir. Birinci dəfə olaraq Azərbaycanda landşaftların toponomik üsulla öyrənilməsi onun tərəfındən aparılmışdır. Bir sıra elmi və elmi-kütləvi əsərlərin müəllifıdir.

Əd.: Azərbaycanın coğrafiyaçı alimləri. Bakı, “Elm”, 2013, s.103

 

 

Ətraflı oxu