All posts by rashad

NÖYÜTLÜ DƏRƏ

Ərçiman kəndinin şimal-şərqində dərə. Dərə Uğuz yurdundan başlayaraq Pirsaat çayının sol qolunadək uzanır. Vaxtı ilə neft əlamətləri müşahidə edilmişdir.

Ətraflı oxu

QIRXTƏPƏ

Çigil çayı hövzəsində yerləşir. Əvvəllər Şamaxı qəz. Qırx təpə adlı yaylaq olmuşdur. Sonralar isə Qızmeydan kəndinə məxsus hesab edilən ərazidə qırx təpə olduğundan belə adlanmışdır. Burada həm relyefin müsbət təpə forması və həm də sayı (qırx) məkanın adında əks olunmuşdur. Qırx təpə mənşəyinə görə fəaliyyətdən qalmış palçıq vulkanı konuslarından ibarətdir.

Ətraflı oxu

NÖYÜTÇÜ TƏPƏSİ

Göylər kəndinin cənub-qərbində təpə. Burada vaxtı ilə neft çıxıntılarının olması söylənilir. Təpənin forması isə palçıq vulkanı konusunu xatırladır. Burada vaxtilə neft təzahürləri müşahidə edilmişdir. Buna Nöyüt təpəsi coğrafi adı şahidlik edir.

Ətraflı oxu

DƏMİRLİ DAĞ

Adnalı kəndinin torpaq sahəsində, Alpout dağının şərq tərəfındə dağ. İkinci Dəmirli dağ Udulu kəndindən şərq tərəfdə Xoşaməddin silsiləsindədir. Hər iki dağa dəmirli adının verilməsi əraziyə ekspedisiyalar zamanı dağların dəmir rənginə çalmasının müşahidə edilməsi ilə bağlıdır.

Əd.: N.Bəndəliyev “Dağlıq Şirvanın toponimləri”, Bakı, “Elm”, 2009, s.181

Ətraflı oxu

AZƏRBAYCAN MÜƏLLİMLƏR İNSTİTUTUNUN ŞAMAXI FİLİALI

azerbaycan_muellimler_instiutuAli təhsil müəssisisəsi. Ümummilli lider Heydər Əliyevin 2000 il 13 iyun tarixli 349 saylı qərarı ilə Azərbaycan Müəllimlər İnstitutu və onun filialları yaradılmışdır. AMİ-nin Şamaxı filialı həmin dövrdən fəaliyyət göstərir. Hazırda filiala f.e.f.d. T.V.Yusifova rəhbərlik edir. AMİ-nin Şamaxı filialı ölkəmizin pedaqoji kadr potensialının gücləndirilməsi, onun elmi-metodiki səviyyəsinin artırılmasında xüsusi rol oynayır.

Ətraflı oxu

ŞAMAXIDA ŞƏRBAFLIQ

Şirvanda – Şamaxıda yerli ipək parça istehsalı şərbaflıq ev peşəsi və karxana toxuculuğu (əmtəə istehsalı) olmaqla iki formada təsadüf edir. İpək bilavasitə toxuma prosesinə daxil olmazdan əvvəl bir sıra emal və texniki istehsal prosesindən keçirdi. Əvvəlcə barama boğulur, sonra sabunlu suda qaynadılaraq “mancılıq” vasitəsilə açılırdı. Bundan sonra o “çarxto” adlanan dəzgahda tovlanaraq “kələf”, yaxud “tovlu” halına salınırdı. Bu, “xam ipək”, yaxud “xama” adlanırdı. Dağılmamaq üçün xam ipək kələfləri “bağ” halına salınırdı. Əsrlər boyu barama sadə xalq üsulu ilə boğulmuşdur.

Ətraflı oxu

ŞAMAXIDA DAŞİŞLƏMƏ

Daşişləmə sənəti Şamaxıda qədim və ənənəvi sənət sahələrindən biri olmuşdur. 19 əsrin ortalarında Cənubi Qafqazda daşişləmə sənətinin inkişaf etmiş istehsal mərkəzləri arasında Şamaxı qəzası xüsusi yer tuturdu. Feodalizm dövründə Azərbaycanda daşyonma və daş üzərində oyma sənətləri xüsusilə şəhər və qala tipli məskənlərdə daha çox tərəqqi etmişdir. Bu cəhətdən Şirvan – Abşeron memarlıq məktəbinin rolu böyük olmuşdur.

Ətraflı oxu

KAFİYƏDDİN ÖMƏR İBN OSMAN

(11 əsrin sonu – 12 əsrin birinci yarısı) – erkən orta əsr təbabətinin və fəlsəfəsinin, farmakologiya və elm nəzəriyyəsinin bilicisi, nəhəng elm təşkilatçısı. Xaqani Şirvaninin əmisidir. Böyük filosof, riyaziyyatçı, astronom, kimyaçı, həkim kimi daha çox tanınmışdır. Dünyanın maddi cəhətdən mövcudluğunun ardıcıl təbliğatçısı idi.

Ətraflı oxu

AŞIQ RZA

asiq_rzaMəmmədov Rza Bürcəli oğlu (16.3.1976, Şamaxı r-nunun Quşçu k.) – aşıq. Aşıqlıq sənətinin sirlərini aşıq Ağamurad İsrafilovdan öyrənmişdir. 2012 ildə keçrilən “Deyişmə” aşıq müsabiqəsinin mükafatçısı olmuşdur.

Ətraflı oxu

ORXAN FİKRƏTOĞLU

orxan_fikretogluSadıqov Orxan Fikrət Sadıq oğlu (21.3.1966, Bakı) – yazıçı, ssenarist, rejissor, jurnalist. Fikrət Sadığın oğludur. Moskvada M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunu bitirmişdir. 1983 ildə kinoda işıqçı kimi fəaliyyətə başlamışdır. Müxtəlif dövrlərdə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının, Dövlət kino komitəsinin, AzərTelefilmin, “Günay” qəzetinin baş redaktoru işləmişdir.

Ətraflı oxu