All posts by rashad

NƏCƏFOV Niyazi Nəcəfqulu oğlu

necefov niyazi 2(22.2.1922, Şamaxı ş. – 12.7.1991, Bakı) – ictimai-siyasi xadim. Azərbaycan Dövlət Universitetini bitirmişdir. İkinci Dünya müharibəsində iştirak etmişdir. 30 ilədək müddət ərzində dövlət təhlükəsizliyi orqanlarında çalışmış, sıravi əməkdaşdan Azərbaycan DTK-nın daxili təhqiqat idarəsinin rəisi vəzifəsinədək uzun yol keçmişdir. 1971 ildən Azərbaycan KP Əzizbəyov rayon komitəsinin birinci katibi vəzifəsində işləmişdir.

Ətraflı oxu

ƏLİYEVA Mehriban Arif qızı

mehriban_eliyeva-web(26.8.1964, Bakı) – Azərbaycanın ictimai-siyasi xadimi, Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti. M. Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir (1988). 1988-1992 illərdə Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda işləmişdir. 2005 ildə “Evtanaziya və təbabətdə humanizm problemi” mövzusunda dissertasiya işi müdafiə etmiş və fəlsəfə elmləri namizədi alimlik dərəcəsi almışdır.

Ətraflı oxu

ELXAN ELATLI, Osmanov Elxan Əbdürrəhman oğlu

elxan_elatli-web

Osmanov Elxan Əbdürrəhman oğlu (19.12.1962, Şamaxı r-nunun Sis k.) – Azərbaycan yazıçısı, detektiv ustası. Azərbaycan Dövlət Universitetini bitirmişdir. Doğulduğu kənddə fizika-riyaziyyat müəllimi, rayon icra hakimiyyətinin ərazi üzrə nümayəndəsi, məktəb direktoru vəzifələrində çalışmışdır.

Ətraflı oxu

QƏDİROV Həmid Musa oğlu

qedirov_hemid-web(18.3.1909, Şamaxı ş. – 25.12.1990, Bakı) – professor, Azərbaycanın əməkdar elm xadimi. 1937 ildən Azərbaycan Dövlət Pedaqoji İnstitutunun biologiya fakültəsində, 1938-49 illərdə SSRİ EA Azərbaycan filialının nəbatat bağında işləmiş, 1943-49 illərdə müdiri olmuşdur. 1946 ildən APİ-nin botanika kafedrasının dosenti və professoru, 1950-84 illərdə kafedra mudiri, 1951-54 illərdə APİ-nin rektoru, 1954-62 illərdə isə tədris işləri üzrə prorektoru vəzifəsində çalışmışdır.

Ətraflı oxu

MƏRMƏRDAHAR

Ağsu çayının hövzəsinə məxsus Avaxıl çayının sol tərəfində yerləşir. Mərmərdahar adlı yamacda yerləşən Kiçik çay qolu da Mərmərdahar adlanır. Təbiidir ki, yer adı bizə xalq təsərrüfatı əhəmiyyətli mərmər daşının olmasından xəbər verir.

Ətraflı oxu

KÜKÜRDLÜ DƏRƏ

Cabanı kəndinin torpaq sahəsində, onun cənub-qərb tərəfində yerləşir. Dərə suyunu Zoğalova çayının sol qollarından biri olan Sellaxana çayına sol tərəfdən axıdır. Dərədə Kükürd tərkibli süxurun olması adından məlumdur.

Ətraflı oxu

BÜLÖVDAŞ YAMACI

Dədəgünəş kəndinin torpaq sahəsində, Ruslar çayının sağ tərəfindədir. Dəmir alətləri itiləməkdə məişətdə işlədilən bülöv daşı geniş yayılmışdır. Buna görə də ərazini təşkil edən süxurlarla bağlı olaraq coğrafi obyekt bülöv daş adlandırılmışdır.

Əd.: “N.Bəndəliyev “Dağlıq Şirvanın toponimləri”, Bakı “Elm”, 2009, s.186

Ətraflı oxu

AŞIQ XANMUSA

asiq_xanmusa-webMusayev Xanmusa Musaxan oğlu (1926, Şamaxı qəz. Şamlı k.) – el aşığı. Aşıqlıq sənətinin ilk sirrlərini həmkəndlisi Aşıq Xanbaladan öyrənmişdir. Sonra isə Şirvanın tanınmış sənətkarı Aşıq Abbas Söhbətovun yanında şagirdlik etmişdir.

Ətraflı oxu

BƏHLULZADƏ Səttar Bəhlul oğlu

settar_behlulzade-web

(15.12.1909, Bakı yaxınlığındakı Əmircan k.- 14.10.1974, Moskva; Əmircanda dəfn edilmişdir) – Azərb. rəssamı, müasir Azərb. boyakarlıq sənətində mənzərə janrının yaradıcılarından biri. Azərb. SSR xalq rəssamı (1963). Azərb. SSR Dövlət mükafatı laureatı (1972). Azərb. Rəssamlıq Məktəbində (1927-31) və V.İ. Surikov ad. Moskva Dövlət Rəssamlıq İnstitutunda (1933-1940) təhsil almışdır.

Ətraflı oxu