All posts by rashad

SƏRDƏXANA YAYLASI

Pirsaat çayı ilə Qozlu çayın arasında yerləşir. Yerli əhali arasında Sərdəxana kimi adlandırılan yayla hazırda yazılı ədəbiyyatda Sərdıxan kimi qeyd olunur. Sərdəxana ətrafındakı kəndlərin (Zarat Xeybəri, Səfalı, Pirbəyli və s.) tat dilində danışmasına əsasən ehtimal etmək olar ki, bu dağın adı ilk formasında “Sərdəxanu” olmuşdur.

Ətraflı oxu

KƏLGƏZ ZİRVƏSİ

Baş Qafqaz silsiləsindən Quba və Şamaxı rayonlarının sərhəd suayrıcında yerləşir, hün. 2135 m. Toponimin iki sözdən Kələ (tatca) böyük,baş, gəz isə dağın alçaq, haça yeridir. Dağın adı əslində Kələgəz sözünün təhrifidir.

Ətraflı oxu

TAXTA YAYLAQ

Şamaxı r-nunun şimal-qərb hissəsində əsasən Çigil çayın hövzəsindədir. Adından məlum olduğu kimi, taxta düzən sahə kimi xatırlanır. Taxta yaylaq (hün. 1500-1600 m.) düzənlik səthi ədəbiyyatda qeyd edilir. Taxta yaylaq sistemində Taxta Mərəzə, Taxta Yaylaq, Taxta Kolanı, Taxla Baloğlan, Taxta Cəyirli yaylaqları (Çigil çayın sağ sahilində); sol sahilildə isə Taxta Paşalı yaylağı yerləşir. Taxta sözü isə relyef formasının yüksəklikdə düzənlik olduğunu əks etdirir.

Əd.: N.Bəndəliyev “Dağlıq Şirvanın toponimləri”, Bakı, “Elm”, 2009, s.201

 

 

 

 

Ətraflı oxu

QARAQUŞ DAĞI

Qaravəlli kəndinin torpaq sahəsindədir, uzun dağın qərbində yerləşir. Bu dağda çoxlu qaraquş olması ilə əlaqədar dağ adı Qaraquş dağı adlanmışdır. Əslində qararuşlu dağ kimi adlandırılmalıdır.

Ətraflı oxu

DUZAN DAĞI

Şamaxı və Qobustan rayonları sərhədində, hər iki rayonun ərazisinə məxsus dağ. Çigil çayla Qozlu çayın arasında yerləşir (Suayrıcıda hün. 1238 m.). Duzan dağın adını təşkil edən “duz” və “an” birləşməsindən ibarət söz ilk baxışdan “duz” və “an” olan yer kimi (yəni duz olan dağ) anılmalıdır. Lakin Duzan dağın ərazisini nəzərdən keçirdikdə bura yaylavari düzən sahədir. Duzan ərazisi ona görə də əkin yeri kimi Qızmeydan və Hilmilli kəndlərinə məxsusdur. Rus dilli əhalinin bu ərazidə (19 əsrin) yerləşdirilməsindən sonra Düzən adlandırılan sahə rusların tələffüzünə uyğun olaraq, Duzan şəklinə düşmüşdür. Dağın adında relyefin xüsusiyyəti əksini tapmışdır.

Əd.: N.Bəndəliyev “Dağlıq Şirvanın toponimləri”, Bakı, “Elm”, 2009, s.200

Ətraflı oxu

ŞAMAXIDA TİKMƏ SƏNƏTİ

Rəngarəng və zəngin xüsusiyyətlərə malik olan tikmə sənəti peşəkar Şirvan sənətkarları arasında geniş yayılmışdır. Qədim ənənələrə malik bədii tikmə sənəti Şamaxı qadınlarının əsas peşələrindən birinə çevrilmişdir. Güləbətin, pilək, zərənduz, təkəlduz, xanduz, oturtma və muncuqlu bədii tikmə növləri öz orijinallığı ilə seçilərək Şirvan əhalisinin geyim və məişət örtüklərinin əsas bəzəyini təşkil edirdi.

Ətraflı oxu

QURU DAĞ

Qonaqkənd kəndinin ərazisində, kəndin cənub-şərq tərəfindən Pirsaat çayının sol sahilində yerləşir. Quru sözü dağın iqliminin quru, bitki örtüyünün kasıb olmasını bildirir. Əslində 500-700 m-dən yüksəkdə yerləşən ərazilərdə quru sözü iştirak edən yerlər çöl və meşə-çöl zonasında özünəməxsus iqlimini, landşaft xüsusiyyətlərini əks etdirir. Həmin ərazi təbii qanunauyğunluqdan kənaraçıxma olaraq Quru dağ adlanmışdır.

Ətraflı oxu

QALGİZ DAĞI

Quba və Şamaxı rayonları sərhəddində, Sarıdaş yaylasının şimal-şərqində yerləşir ( hün. 1992 m.). Sarıdaş çayı bu dağın cənub yamacından baş götürür. Dağın adı rus dilində olan xəritələrdə Qalgiz kimi qeyd edilmişdir. Ad rus dilində yazıldığı kimi Azərbaycan dilində də Qalgiz yazılmışdır. Ekspedisyalar zamanı dağ adının Qalgiyz yox, Kəlhovuz olduğu müəyyən edilmişdir.

Ətraflı oxu

KEÇƏL DAĞ

Taxta yaylaq sistemində yerləşir. Azərbaycan ərazisində dağ adının Abşeron, Qəbələ, Gədəbəy, Ağdərə, Şahbuz, Kəlbəcər rayonlarında müxtəlif yüksəkliklərdə paralelləri vardır. Keçəl sözündən məlum olur ki, dağın yüksək hissəsində (daha doğrusu baş hissəsində-zirvədə) bitkidən məhrum, bitkisiz sahə vardır.

Ətraflı oxu

ÇİLGƏZ YAYLAĞI

Sərdəxana dağ sistemində, Qozluçayın hövzəsində yerləşir. Bu yay otlağı öz adını oradakı gəz (haça), çökək kiçik dağın adından almışdır. Bu da ərazinin həm gəz relyefli (coğrafi termin) xüsusiyyətini, həm də çil sözündə daşlı sahələrin (bitki örtüyünün talalar şəklində yerləşərək görünməsi) landşaftını əks etdirir.

Əd.: N.Bəndəliyev “Dağlıq Şirvanın toponimləri”, Bakı “Elm”, 2009, s.189

 

Ətraflı oxu