All posts by rashad

ALLAHƏKBƏR DAĞI

Şamaxı şəhərindən cənubda (Şəhriyar qəsəbəsi ərazisində) yerləşir. Çox da yüksək olmayan yaylavari xarakterə malikdir. Bu ərazidə qədim yaşayış məskəni, qədim maddi mədəniyyət qalıqları mövcuddur.

Ətraflı oxu

HEYDƏR ƏLİYEV FONDU

img_6618_slide2Tariximizə müstəqil dövlət qurucusu kimi daxil olmuş Heydər Əliyevin xatirəsinə xalqımızın ehtiramını ifadə etmək arzusundan, onun zəngin mənəvi irsini əks etdirmək, azərbaycançılıq fəlsəfəsinin ölkəmiz üçün əhəmiyyətini vurğulamaq, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq zərurətindən irəli gələrək yaradılmış qurum. 2004 ildən fəaliyyətə başlayan Fond təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verir.

Ətraflı oxu

ZAMANOV Abbas Fəttah oğlu

abbas-zamanov

(10.10.1911, Naxçıvan MR, Şərur r-nunun Maxta k. – 1.4.1993, Bakı) – Azərbaycan ədəbiyyatşünası, tərcüməçi, mətnşünas, filologiya elmləri doktoru (1968), professor (1971), Azərbaycanın əməkdar elm xadimi (1980), Azərbaycan EA müxbir üzvü (1983), Türk Dil Qurumunun (Türkiyə) müxbir üzvü (1971), Səlcuq Universitetinin (Türkiyə) fəxri doktoru (1988). Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmişdir.

Ətraflı oxu

ALXAN BAYRAMOĞLU, Məmmədov Alxan Bayram oğlu

alxan_bayramogluMəmmədov Alxan Bayram oğlu (22.10.1954, Qazax r-nunun Birinci Şıxlı k.) – Azərbaycan filoloqu, jurnalist, filologiya elmləri doktoru (1998), professor (2007). Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmişdir. Şamaxı rayonunun Çöl Göylər kənd məktəbində müəllim işləmişdir.

Ətraflı oxu

ŞƏKƏRXONU (ŞƏKƏRXANI) YAYLASI

Şamaxı r-nu ərazisində, Pirsaat çayının yuxarı axınının sol tərəfində yerləşir. Yaylanın şimali-şərq hissəsi Əhmədli, Hacılı kəndlərinə məxsusdur. Cənub-şərq hissəsi isə Bağırsaq dərəsi isə hüdudlanır. Şəkərxanı yaylasının bir hissəsi Seyidlər yeri və Quru dağ adlanır. Yayla Şəkərxonu adlanır. Bizcə, bu yerli əhalinin tələffüzünə uğramış təhrifdir. Çünki yaylanın əsl adı Şəkərxan olmalıdır. Şəkər şəxs adı, xan isə tituldur.

Əd.: N.Bəndəliyev “Dağlıq Şirvanın toponimləri”, Bakı, “Elm”, 2009, s.214

 

 

Ətraflı oxu

QAYA XƏLİL YAYLAĞI

Şamaxı r-nu ərazisində, Pirsaat çayının sol qolları olan Bala dərə, Gendərə çaylarının başlandığı sahədir.Qaya Xəlil yaylağının zirvələri Böyük Qafqazın suayrıcını təşkil edir. Tarixən buradan yay otlağı kimi istifadə etmiş Şirvanda yaşayan Xəlilli tayfasının və ya Xəlil adli şəxsin adı ilə əlaqədar adlanmışdır ki, həm də qaya sözündə ərazinin relyef xüsusiyyəti öz əksini tapmışdır.

Ətraflı oxu

ÇOBANÇATLADAN DAĞI

Şamaxı r-nunun Qızmeydan k. ərazisində Pirsaat çayının sol sahilində yerləşir (hün. 1168 m). 1975-86 illərdə ərazinin toponimiyası haqqında ekspedisiyalar zamanı toplanılmış materiallarda Çobançatladan dağı haqqında ınüxtəlif xalq söyləmələri qeydə alınmışdır. Əslində isə Çobançatladan dağ adının ikinci paralelinin olması başqa fikir söyləməyə imkan verir. Burada dağın relyef xüsusiyyətləri öz əksini göstərir. Yəni dağın çayabaxar yamacları həddindən artıq sıldırım, çox maili yamacdan ibarətdir. Ona görə də bele relyefə malik yerlər çobanlar üçün çətinlik törədir, çobanı cana gətirir, az qalır ki, bağrı çatlasın.

Əd.: N.Bəndəliyev “Dağlıq Şirvanın toponimləri”, Bakı, “Elm”, 2009, s.214

 

Ətraflı oxu

ZEYNALOV Mirsaab Mirkazım oğlu

zeynalov_mirsaab

(1929, Şamaxı r-nunun Hacıqədirli k. – 1971, Bakı) – Azərbaycan geoloqu, geologiya-mineralogiva elmləri doktoru (1969). Azərbaycan Sənayə İnstitutunu bitirmişdir. 1953-54 illərdə “Azneft-kəşfiyyat” birliyinin geoloji-kəşfiyyat trestinin çöl planlama partiyasında geoloq işləmişdir. 1954-57 illərdə AzET- NGKİ-nin çöl partiyasında geoloq, sonra Neftçıxarma üzrə AzETİ-də işləmiş və Azərbaycan Sənaye İnstitutunun geoloji kəşfıyyat fakültəsində dərs demişdir.

Ətraflı oxu

ŞIXƏLİBƏYLİ Ədhəm Şahlarbəy oğlu

sixeliyev_edhem

(1911, Şamaxı qəz., Bicov k. – 1996, Bakı) – Azərbaycan geoloqu, geologiya-mineralogiya elmləri doktoru (1965), professor, Azərbaycan EA akademiki (1983), əməkdar elm xadimi. Azərbaycan Sənaye İnstitutunu bitirmişdir. 1947 ildə “Böyük Qafqazın cənub yamacının Azərbaycan hissəsinin geoloji quruluşu” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.

Ətraflı oxu

MUSTAFAYEV İbad Sultan oğlu

mustafayev_ibad(1911, Şamaxı ş. – 1970 – Bakı) – litologiya sahəsində Azərbaycan alimi, geologiya-mineralogiya elmləri doktoru (1961), professor (1962). Azərbaycan Sənaye İnstitutunu bitirmişdir. Bibiheybət NMİ-də geoloq, Qarabağ rayon Partiya Komitəsinin katibi vəzifələrində çalışmış, Azərbaycan EA Geologiya İnstitutunda və Azərbaycan Sənaye İnstitutunda işləmişdir.

Ətraflı oxu