Şamaxı r-nu ərazisində mineral bulaq. Arpa və bulaq sözlərindən düzəlib. Türkdilli xalqların toponomiyasında öz zənginliyi ilə seçilən arpa komponenti dənli bitkilərdən birinin adını bildirməklə yanaşı arma/arba/arpa variantlarında işlənən qədim türkdilli tayfa adını da ifadə edir. Relyef baxımından arpa bitkisinin əkilməsi mümkün olan ərazilər dənli bitki ilə bağlı olsa da, yüksəkliklər, su hövzələri etnonimlə ifadə olunur.
Əd.: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, I cild, Bakı, “Şərq-Qərb”, 2007, s. 48