İsrafilbəyli Ağakərim Ağaisrafil oğlu (4.12.1948, Şamaxı r-nunun Qaladərəsi k.) – xanəndə. Şirvan muğam məktəbinin yetişdirdiyi, öz dəst-xətti ilə seçilən sənətkarlardandır. Muğamın sirrlərini Şamaxı şəhərindəki Xaqani mədəniyyət evində, Ağalar Əhmədşah oğlundan öyrənmişdir. 200-ə qədər təsnifin, 60-70 mahnının müəllifidir. Həmçinin, münacatla başlanıb qəzəllərlə tamamlanan divanı var. Bir sıra müsabiqələrin qalibidir. Bir çox Avropa ölkələrində Azərbaycan muğamını təqdim etmişdir.
Məlumat A.Nafizdən alınmışdır.