(1.1.1936, Şamaxı r-nunun Nərimankənd k.) – riyaziyyatçı, riyaziyyat üzrə fəlsəfə doktoru (1969). Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmişdir. Şamaxı rayonunun Nərimankənd kənd məktəbində riyaziyyat müəllimi işləmişdir. 1967 ildən ADPU-da çalışır. Hazırda ADPU-nun “Funksiyalar nəzəriyyəsi” kafedrasının dosentidir. 30 elmi əsər, o cümlədən 4 dərs vəsaiti və 2 proqramın müəllifidir.
Məlumat A.Adıgözəlovdan alınmışdır.