(12.1.1913, Şamaxı – 12.6.1997, Bakı) – Azərbaycan geoloqu və petroloqu, geologiya-mineralogiya e.d. (1961), professor (1966). Azərbaycan Respublikasının əməkdar elm xadimi (1991). 1938 ildə Azərbaycan Sənaye İnstitutunu bitirmişdir. 1945-88 illərdə həmin institutda pedaqoji fəaliyyət göstərmişdir. 1950-54 illərdə Azərbaycan SSR Geologiya İdarəsinin rəisi işləmiş, 1954 ildən Azərbaycan SSR EA-nın Geologiya İnstitutunda çalışmışdır. Tədqiqatları petrologiya, paleovulkanologiya, metallogeniya və radiogeoxronologiya sahəsindədir. Mezozoy vulkanizminin təzahürü qanunauyğunluqlarını, onların dərinlik fasiyalarını və formasion mənsubiyyətini müəyyən etmişdir. Tədqiqatlarının nəticələri əsasında Kiçik Qafqaz və Kür depressiyaları meqazonalarının struktur-formasiya rayonlaşdırılması həyata keçirilmişdir. Filiz və qeyri-filiz yataqlarının axtarışı və kəşfıyyatı üçün əsas olan bir sıra irimiqyaslı geoloji xəritələrin müəlliflərindən biri, 220-dən çox elmi əsərin, o cümlədən 7 monoqrafıyanın müəllifıdir.
Əd.: Azərbaycan Milli Ensiklopediyası, I cild, Bakı, 2009, s.37