Qozlu çayının yuxarı axınında sol qollarından birinin adıdır. Burada eyni adlı (Xaladar yaylağı, Xaladar meşəsi) yaylaq və meşə də mövcuddur. Əslində xaladar sözü Kələdar sözünün təhrif forması olmalıdır. Çünki ərazidə yaşayan əhalinin də tat dilində danışması bunu təsdiq edir. “Kələ” sözü (farsca) “böyük”, “dar” sözü isə malik olan mənasında olub, böyük çay kimi başa düşülür. Doğrudan da buradakı yaylaq sahəsi hündür dağlıq, sıx meşəlikdir. Yəqin ki, çay adını başlandığı ərazi-yaylağın adından almışdır.
Əd.: N.Bəndəliyev “Dağlıq Şirvanın toponimləri”, Bakı, “Elm”, 2009, s. 280