İqlimi cənubda qışı quraq keçən mülayim-isti yarımsəhra və quru çöl tipli, şimalda yayı quraq keçən mülayim-istidir.
Çimli dağ-çəmən, qəhvəyi dağ-meşə, dağ-qara, qonur dağ-meşə, dağ tünd-şabalıdı, şabalıdı, boz-qonur, şorakətvarı boz-qonur, boz-çəmən və çəmən-boz torpaqlar yayılmışdır. Zəngin meşələri, subalp və alp çəmənlikləri, dağ-bozqır və yarımsəhra bitkiləri vardır.
Şahdağ Milli parkının cənub hissəsi (keçmiş Pirqulu Dövlət Təbiət Qoruğu) Şamaxı rayonu ərazisindədir. 520 növ bitki, o cümlədən, 130 növ ağac və kol bitkisi, 440 növ çiçəkli bitki, 143 heyvan və quş növü, o cümlədən 33 məməli növü mövcuddur. Dağın zirvəsində (2000 m) övliya məzarı yerləşir.
Əd.: Q.Məmmədov, E.Yusifov və b. “Azərbaycan ekoturizm potensialı”. Bakı, “Şərq-Qərb”, 2012, s.101