Şamaxı r-nunun Göylər kənd i.ə.d.-nin mərkəzi. Rayon mərkəzindən 17 km cənubda, Ləngəbiz silsiləsinin şimal ətəyindədir. Әhalisi 6462 (2009) nəfərdir, 1860 təsərrüfatı var.
Tam orta və doqquzillik məktəb, kitabxana, mədəniyyət evi, kinoqurğu, xəstəxana, Şeyx Tair türbəsi (Azərbaycan alimi Tair Tac əl-Hüda Mədəkani dəfn olunmuşdur; 12 əsr), orta əsrlərə aid bir neçə başqa türbə, yaşayış yeri, qəbiristan var. 19 əsrdə Şamaxı qəz. Qəbristan nahiyəsində Göylər kəndi (157 ailə, 1199 nəfər) qeydə alınmışdır. Kəndin adı Göylər/Göglər və dağ (dağlıq ərazi) komponentlərindən düzəlib, “dağlıq ərazidə olan Göylər kəndi” deməkdir.
Əd.: ASE, VI cild, Bakı, 1982, s.108
”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. I cild. Bakı, “Şərq-Qərb”, 2007, s.210
N.Bəndəliyev “Dağlıq Şirvanın toponomlərı”, Bakı, “Elm”, 2009, s.83