Ədәbi mәclis. 19 әsrin 60-cı illәrindә Şamaxıda şair Mәһәmmәd Sәfanın evindә yaradılmışdı; mәclisin adı da bununla әlaqәdardır (ər. beyt-ev + Sәfa). Seyid Әzim Şirvani, Mollağa Bixud, Ağababa Züһuri, Qafar Raqib, Әlәkbәr Qafil, Molla Maһmud Zuyi vә b. şairlәr mәclisin fәal üzvlәri idi. Mәclisә Seyid Әzim Şirvani vә Mollağa Bixud başçılıq edirdilәr. “Beyt üs-Səfa” Şuşadakı “Mәclisi-üns”, “Məclisi-fәramuşan”, Bakıdakı “Mәcmә üş-şüәra” ilә sıx әlaqә saxlayırdı. Mәclisdә әdәbiyyat, incəsənət, fəlsəfə məsələlərinə dair söһbәtlәr aparılır, klassiklәrin әsәrlәri mütaliә olunur, onların mәşһur şeirlərinə nəzirə yazılırdı. Məclis klassik şeirin yayılmasına yardım göstərsə də dövrün qabaqcıl ədəbi hərəkatından geri qalırdı.
Əd.: ASE, II cild, Bakı, 1978, s.73,
Azərbaycan Milli Ensiklopediyası, 3 cild, Bakı, 2011, s.536