Şamaxı r-nunun c.-ş. hissəsində dağ. Hün. 827 m. Azərbaycan dilində yavan sözü “quru”, “boş”, türk dillərində yabani “yad” mənasında işlənir. Güman etmək olar ki, dağ bitki örtüyünə malik olmadığından belə adlandırılmışdır. Bəzi tədqiqatçılar bu sözü türkdilli ərsarıların yabanı tirəsinin adı ilə bağlayırlar.
Əd.: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, II cild, Bakı, “Şərq-Qərb”, 2007, s. 273