(? – ?) – 16 əsr Azərbaycan xəttatı. Nəstəliq xəttinin mahir ustalarından olmuşdur. 1530-60 illərdə Şamaxıda, 1560 ildən sonra isə İstanbulda fəaliyyət göstərmişdir. Ә. Şirvani tərəfindən üzü köçürülmüş Sədinin “Bustan” (1539) və “İstanbulda baş vermiş daşqın haqqında hekayə” (1563-64) əsərlərinin əlyazma nüsxələri Topqapı muzeyində (İstanbul) saxlanılır.
Əd.: ASE, IV cild, Bakı, 1980, s. 126