Şamaxı r-nununda min. bulaq. Köhnə Əngəxaran kəndinin xarabalığı yaxınlığında yerləşir. Suyu soyuq və kükürdlü olub, iki bulaqdan ibarətdir. Bulağın yerləşdiyi kəndin adından yaranmışdır.
Əd.: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, I cild, Bakı, “Şərq-Qərb”, 2007.s,184